Icma.az
close
up
RU
Paşinyan: Qarabağı Azərbaycan ərazisi olaraq tanımaqla Ermənistan suverenlik əldə edib

Paşinyan: Qarabağı Azərbaycan ərazisi olaraq tanımaqla Ermənistan suverenlik əldə edib

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentarilərə bildirib ki, 2022-ci ildə Azərbaycanın Qarabağda hüquqlarını tanımaqla respublikanı mühasirədə olan qaladan suveren dövlətə çevirib.

Bizimyol.info xəbər verir ki, bu barədə baş nazir 2024-cü il büdcəsinin icrasının təsdiqi ilə bağlı yekun çıxışı zamanı deyib: "Dağlıq Qarabağı necə itirdiyimizlə bağlı çox danışılır. Mən bu məsələ haqqında çox düşünmüşəm və gəldiyim qənaət budur: biz Dağlıq Qarabağı itirməmişik, Ermənistan Respublikasını qazanmışıq".

O, həmçinin Ermənistan müxalifətinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan ilk Ermənistan baş naziri olması ilə bağlı ittihamları ilə də razılaşmayıb. "Oktyabrın 6-da mən ölkəmizin ərazi bütövlüyünün qonşularımızın bütövlüyü ilə iç-içə olduğunu anlayaraq Ermənistanın ərazi bütövlüyünü tanıdım. Və mənim üçün "forpost" baş nazirin Ermənistanın baş nazirinə çevrilməsinin başa çatdığı məqam budur", - deyə o əlavə edib.

Ermənistanın baş naziri onu da bildirib ki, Dağlıq Qarabağ məsələsi “Ermənistan Respublikası müstəqil və suveren dövlət kimi möhkəmlənməməsi üçün ilgək kimi istifadə edilib və indi Ermənistan Respublikası bütövləşib”.

Qeyd edək ki, 2022-ci il oktyabrın 6-da Qərb liderlərinin iştirakı ilə Praqada keçirilən sammitdə Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını bəyan edib. 2023-cü il oktyabrın 5-də Qranadada (İspaniya) Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Nikol Paşinyan Azərbaycanın, o cümlədən Qarabağda daxil olmaqla 86,6 min kvadrat kilometr ərazisinin tanınması haqqında bəyannamə imzalayıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 19 İyun 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri