Icma.az
close
up
RU
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”

Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”

Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Paşinyan bıçağın sümüyə dirəndiyini anlayır”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O, Ermənistan parlamentində Nikol Paşinyanın keçirdiyi qapalı iclasdan sızdırıldığı iddia olunan xəbərləri şərh edib.

Belə ki, “Hraparak” nəşri bu gün yazıb ki, qapalı keçirilən iclasda Paşinyanın komanda üzvlərinə sülh prosesinin nəticə vermədiyini, Azərbaycanın isə dəhliz tələbindən əl çəkmədiyini deyib. Bundan imtina olunduqda isə müharibənin qaçılmaz olacağını diqqətə çatdırıb. Əlavə olaraq, son günlər hakim komandanın üzvlərinin sərhəddə yaxın ərazilərə səfər edərək əhalini hər şeyə hazırlıqlı olmaları ilə bağlı xəbərdarlıq etdikləri ilə bağlı məlumatlar da yayılmaqdadır.

Deputat bildirib ki, Ermənistan, Azərbaycanın qətiyyətli mövqeyindən geri çəkilməyəcəyini yaxşı anlayır:

“Çünki bu qətiyyətimizi bir dəfə görüblər, nəticədə isə üçtərəfli bəyanatla öhdəliklər götürdülər. Lakin 5 ilə yaxın müddət keçməsinə baxmayaraq, Paşinyan hökuməti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Eyni zamanda, müəyyən bəhanələrlə nə ölkəmizə qarşı ərazi iddialarından əl çəkirlər, nə də Azərbaycanın qərb bölgələri ilə Naxçıvana maneəsiz keçidin təmin olunmasına razılıq verirlər. Nəticə etibarilə, sülh prosesinin uzanmasına səbəb məhz Ermənistanın özüdür”.

N. Həmzə əlavə edib ki, həmçinin Qarabağ məsələsinin həlli üçün təsis edilən ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması üçün də müraciət etmirlər:

“Əlavə olaraq Azərbaycanın razılığı olmadan sərhəddə Avropa İttifaqı müşahidə missiyası gətirilməsi az imiş kim,i gündən-günə onların say tərkibi də artırılır. Eyni zamanda, onların mandatı 2027-ci ilə qədər uzadılır. Bu amillər üzərinə götürülən öhdəlikləri yerinə yetirməmək üçün vaxt udmaqdan başqa bir şey deyil”.

“Belə olan təqdirdə artıq Paşinyan bıçağın sümüyə dirəndiyini anlayır. Onun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa yolu yoxdur. Əks təqdirdə, sülh baş tutmayacaq. Buna görə də o, öz siyasi həmfikirlərini, eyni zamanda, daxili auditoriyanı müxtəlif ssenarilərə hazırlamaq istəyir. Lakin Ermənistanın bizimlə güc dilində danışmaq niyyəti olsa da bunu reallaşdırmaq cəsarətləri yoxdur. Çünki Paşinyan güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır. Nəticədə isə onun həm siyasi karyerası sonlana, həm də Ermənistan çətin vəziyyətə düşə bilər”, – əlavə edib.

Həmsöhbətimizin qənaətinə görə, faktiki olaraq Ermənistanın yenidən müharibəyə başlaya bilməsi üçün tutarlı səbəb yoxdur:

“Edəcəyi tək şey üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdir. Həmçinin qonşuları olan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. Ölkəmiz mövqeyində möhkəmdir. İlk gündən açıq-şəkildə beş baza prinsipi ilə sülh müqaviləsinin imzalanmasının və Ermənistanın sülh danışıqlarında səmimi olmasının tərəfdarıdır. Çox təəssüf ki, havadarları tərəfindən İrəvanın silahlandırılması, eyni zamanda, müşahidə missiyası adı altında bölgəyə keçmiş hərbçilərin gətirilməsi normallaşma prosesinə kölgə salır. Mütləq şəkildə Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Əks təqdirdə, özləri-özlərini çox çətin və çıxılmaz vəziyyətə salacaqlar”.

Nəsimi Ələsgərli

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 11 Mart 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see202

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see198

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see170

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see168

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see152

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see152

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see128

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see123

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri