Paşinyan: “Rusiya Gümrüdəki hərbi bazasını çıxarsa...”
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
“Rusiya Gümrüdəki 102-ci hərbi bazanı çıxarmaq istəsə, Ermənistan hökuməti buna etiraz etməyəcək”.
“Cebheinfo.az”-ın məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyaya səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırarkən belə deyib.
“Biz heç vaxt Ermənistanda fəaliyyət göstərən Rusiya hərbi bazası məsələsini müzakirəyə çıxarmamışıq. İndi bunu Rusiya müzakirəyə çıxarıb və biz bu müzakirə ətrafında mövqe tuturuq.
Bəs nə edək, “Güclü Ermənistan”ın lideri kimi “yiyəsiz qaldıq” deyək? Çıxarmaq istəyirlərsə, qoy çıxarsınlar. Deyirəm ki, 2022-ci ilin sentyabr hadisələri 102-ci hərbi bazanın Ermənistanın təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb etmədiyini göstərdi.
Elə bir hal olmayıb ki, bizim hər hansı bir rəsmimiz hansısa Rusiya rəsmisi qarşısında belə bir məsələ qoysun və ya belə bir məsələ qaldırsın.
Əgər özləri çıxarmaq qərarına gəlsələr, biz etiraz etməyəcəyik.102-ci hərbi baza Ermənistanın təhlükəsizliyinə heç nə əlavə etmir. Əgər çıxarmaq istəmirlərsə, biz bu məsələni də müzakirə etməyə hazırıq”, - deyə Paşinyan bildirib.
Baş nazir reallışdırdıqları xarici siyasətin tarazlaşdırılmış və balansa əsaslanan olduğunu bir daha təsdiqləyib:
“Bizi KTMT-dən çıxarılmaqla hədələməyə ehtiyac yoxdur, çıxarmaq istəyirlərsə, qoy çıxarsınlar. Çıxarmaq istəmirlərsə, qoy çıxarmasınlar”, - deyə Nikol Paşinyan qeyd edib.
Xatırladaq ki, sentyabrın 2-də Rusiya prezidenti Vladimir Putin Bişkekdə jurnalistlərlə görüşündə Ermənistan Rusiya hərbi bazasının ona lazım olmadığını hesab edirsə, Rusiyanın onu “hətta sabah” çıxarmağa hazır olduğunu deyib.
Eyni zamanda o qeyd edib ki, əgər erməni tərəfi Rusiyanın hərbi iştirakını saxlamaq istəsə, Moskva əməkdaşlığı davam etdirməyə hazırdır.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 18 Sentyabr 2026 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















