Icma.az
close
up
RU
Paşinyan Rusiya ilə arasında olan buzları əritmək istəyir Politoloq

Paşinyan Rusiya ilə arasında olan buzları əritmək istəyir Politoloq

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

"Paşinyan mövcud vəziyyətdə Rusiya ilə arasında olan buzları əritmək istəyir".

Bunu Qaynarinfo-ya açıqlamasında bunu politoloq Natiq Miri Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin mətnilə bağlı razılaşma barədə ilk olaraq dostu Fransa prezidenti Emmanuel Makronu deyil, Rusiya prezidenti Vladimir Putini məlumatandırmasını şərh edərkən deyib. 

Ekspertə görə, Paşinyanın belə qərar verməsində əsas iki istiqamət var:

"Məntiq nöqteyi-nəzərdən Rusiya Fransadan fərqli olaraq prosesin əvvəldən sona qədər daha fəal iştirakçısı olub. Unutmayaq ki, Ermənistanı Azərbaycanın əlindən alan Rusiya amilidir. 10 noyabr atəşkəs sənədinin ortalığa çıxmasının birbaşa səbəbkarı Rusiyadır. Ona qədər Ermənistan ordusunun əsas hissəsini təşkil edən Qarabağdakı silahlı qüvvələr tamamilə müasirə altında idilər və məhv olma təhlükəsilə üzləşmişdilər. Bu baxımdan, Paşinyanın sülh sazişinin mətnilə bağlı ilk öncə digər ölkə liderlərini deyil, məhz Putini məlumatlandırması təbii və məntiqlidir".


Politooq qeyd edir ki, Paşinyanın belə qərar verməsinə mövcud geosiyasi vəziyyət də təsir göstərib:

"İkinci bir tərəfdən, hazırda qlobal və regional səviyyədə geosiyasi vəziyyət fərqli müstəvidə inkişaf edir. Rusiya Ukrayna müharibəsilə bağlı atəşkəsin əldə edilməsi ehtimalı var. Bu kontekstdə də ABŞ Rusiya yaxınlaşması var. Belə vəziyyətdə də ermənilərin havadarı Fransanın başı daha çox öz təhlükəsizliyinin təmin olunmasına qarışıb. Dolayısı ilə Paşinyan bununla Putinə "səni saydığımız üçün, sənə məlumat verməyi özümüzə borc bildik" görüntüsü yaratdı. Ancaq hər kəsə bəllidir ki, sülh sənədinin mətninin razılaşdırılmasında Kremlin heç bir rolu olmayıb". 

Həmsöhbətimizin fikrincə, bu həm də tədricən Rusiya ilə münasibətləri tənzimləmək və ona yaxınlaşmaq xarakteri daşıyır:

"Çünki əvvəlki illərdə Moskvada 9 may faşizm üzərində qələbə tədbirində iştirakdan imtina edən Paşinyan bu dəfə həmin tədbirlə bağlı Moskvaya gedəcəyini təsdiqləyib. Bu faktın özü də göstərir ki, Paşinyan indiki vəziyyəti nəzərə alaraq, Rusiya ilə arasında olan buzları əritmək istəyir. Çünki növbəti parlament seçkilərinə az qalır. Odur ki, Paşinyanın çevik siyasət yürütdüyünü demək mümkündür".

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin mətni ilə bağlı əldə edilən razılaşma barədə ilk olaraq Rusiya prezidenti Vladimir Putini məlumatlandırıb. Halbuki son proseslər Paşinyanın Rusiyadan uzaqlaşmaq kursu götürdüyünü deməyə əsas verirdi. Bu əsasda da erməni baş nazir əsas hamisi olan Fransaya, onun prezidenti Emmanuel Makrona üz tutmuşdu. Amma birdən-birə Bakı ilə əldə olunan razılaşma barədə hesabatı Makrona deyil, ilk olaraq Putini verir. 

Rüfət Sultan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Mart 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see362

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see142

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see142

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri