Paşinyan Rusiya səfərindən narazı qayıtdı Mişustinlə görüşdə nələr yaşandı?
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Ermənistanın Baş naziri Nikol Paşinyanın iyulun 6-da başlayan və Yekaterinburqda keçirilən beynəlxalq sənaye sərgisində iştirakı ilə müşayiət olunan Rusiya səfəri ölkə üçün gözlənilən iqtisadi nəticələri verməyib”.
Turkustan.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.
Bildirilib ki, səfər çərçivəsində Nikol Paşinyan Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşüb:
“Son aylarda Ermənistan-Rusiya iqtisadi münasibətlərində yaranan problemlər fonunda gözlənilirdi ki, görüş zamanı heç olmasa, erməni biznesinin üzləşdiyi çətinliklərin aradan qaldırılması istiqamətində müəyyən razılaşmalar əldə olunacaq. Lakin hökumətdəki mənbələrin bildirdiyinə görə, Nikol Paşinyan Yekaterinburqdan narazı qayıdıb. Məlumata əsasən, görüşdə müxtəlif məsələlər müzakirə olunsa da, əsas problemlərlə bağlı heç bir praktik razılıq əldə edilməyib.
Xüsusilə, Ermənistandan Rusiyaya ixrac olunan məhsullara tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində irəliləyiş olmayıb. Həmçinin bəzi məhsulların Rusiya bazarına çıxışı ilə bağlı aylardır erməni ixracatçılarına ciddi çətinlik yaradan problemlər də həllini tapmayıb. Eyni vəziyyət enerji sahəsində də müşahidə olunur”.
“Joxovurd” qəzetinin məlumatına görə, təbii qaz məsələsində də hər hansı ciddi irəliləyiş qeydə alınmayıb və bu istiqamətdə qeyri-müəyyənlik davam edir:
“Hökumət mənbələrinin sözlərinə görə, ümumilikdə görüş dostluq və səmimi atmosferdə keçib. Tərəflər uzun müddət söhbət edib, birlikdə nahar edib, tostlar qaldıraraq bir-birlərini tərifləyiblər. Lakin bu isti münasibət konkret siyasi və ya iqtisadi nəticələrlə müşayiət olunmayıb. Nəticədə Ermənistan üçün ən həssas iqtisadi məsələlər hələ də açıq qalır”./Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 08 İyul 2026 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















