Paşinyan Rusiya və Avropa arasında qaldı
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalması, yoxsa Avropa İttifaqına (Aİ) yaxınlaşması barədə hələ ki yekun qərar vermədiklərini bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “kp.ru” nəşri məlumat yayıb.
Nəşr yazır ki, Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxışı zamanı Ermənistanda gələcək iqtisadi tərəfdaşların seçilməsi məsələsinin “hələ tam yetişmədiyini”, bu səbəbdən yekun addımın atılmadığını vurğulayıb. Eyni zamanda, hökumət rəhbəri respublikanın Avropaya inteqrasiya istəyinin “Rusiyaya qarşı yönəlmədiyini” iddia edib.
Məlumat üçün bildirək ki, sentyabrın 1-də Rusiya Prezidenti Vladimir Putin ŞƏT sammiti çərçivəsində Paşinyanla təkbətək görüşüb və Ermənistanı Avropa İttifaqına daxil olmaq barədə tez bir zamanda konkret qərar verməyə çağırıb. Putin kənd təsərrüfatı məhsulları üzrə tənzimləyici qaydaların, eləcə də texniki norma və standartların Aİİ ilə Aİ arasında tamamilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırıb. Bununla belə, Rusiya lideri ölkəsinin Ermənistan xalqının istənilən seçiminə hörmətlə yanaşacağını vurğulayıb.
Xatırladaq ki, avqustun 24-də Nikol Paşinyan Ermənistanın tezliklə Avropa İttifaqına qoşulmaq üçün rəsmi ərizə hazırlamağa başlaya biləcəyini və Aİ-yə üzvlük, eləcə də Aİİ-dən çıxmaqla bağlı referendum keçirmək niyyətində olduqlarını bəyan etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 01 Sentyabr 2026 23:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















