Paşinyan seçilən kimi bu kəndi boşaldacaq Qəribə iddia
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Ermənistanın Lori vilayətində yaşayan rus molokan icmasının üzvləri kənddən çıxarıla bilər.
Turkustan.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.
Bildirilib ki, “Tand-zut” şirkəti Lermontovo kəndinin yerləşdiyi ərazidə mədən layihəsi həyata keçirməyi planlaşdırır:
“XIX əsrin ortalarında Tambov və Saratov quberniyalarından köçərək bölgədə məskunlaşan köhnə ayinli rus icması bu təşəbbüsə etiraz edir və dəyişikliklərə qarşı çıxır. Kənd sakinləri layihəyə qarşı boykot elan ediblər. İddia olunur ki, daha sonra Lori vilayətinin administrasiyasının əməkdaşları və hakim partiyanın nümayəndələri kəndə gələrək yerli əhali ilə görüş keçiriblər.
Görüş zamanı sakinlərə yaşayış məntəqəsinin sökülə biləcəyi barədə xəbərdarlıq edilib. Həmçinin iddia edilir ki, kənd əhalisinə hakim komandanın parlament seçkilərində qələbə qazanacağı və hakimiyyətdə qalacağı barədə mesajlar verilib”.
Qeyd edək ki, bu rus yaşayış məntəqəsi 180 ildən çoxdur mövcuddur./Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 07 İyun 2026 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















