Icma.az
close
up
RU
Paşinyan “səhvlərini düzəltməyə çalışır: İrəvan bu yolla Moskvayla yaxınlaşır

Paşinyan “səhvlərini düzəltməyə çalışır: İrəvan bu yolla Moskvayla yaxınlaşır

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

“Ermənistan müxalifətinin bir hissəsi Rusiyaya bağlıdır və Moskvanın göstərişləri ilə oturub-dururlar. Onlar Paşinyanı hakimiyyətdən salmaq üçün əllərindən gələni edirlər".

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərini Bakıvaxtı.az-a şərh edən deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, belə bir zamanda Paşinyanın öz "səhvlərini" düzəltməyə çalışması normaldır:

"Paşinyanın gedişlərində müəyyən irəliləyişlər var. Əvvəllər baş nazirin həm ritorikası, həm davranışları, fikirləri bir-biri ilə ciddi şəkildə ziddiyyət təşkil edirdi. Çünki Paşinyan təcrübəsiz siyasətçi idi. Amma neçə illərdir siyasətdə olduğuna görə, taktikasında müəyyən düzəlişlər həyata keçirir”.

Onun sözlərinə görə, Rusiya Ermənistanla münasibətlərin yaxşılaşmasında maraqlıdır. Müsahibimiz qeyd edib ki, Rusiyanın Gürcüstanla münasibətləri bəllidir. Son dönəmlər Azərbaycanla əlaqələrdə gərginlik var. O baxımdan ən azından Ermənistanla münasibətlərin yaxşılaşması Rusiyanın Cənubi Qafqazda məsələlərə təsir etmək imkanlarının qalması deməkdir:

“Ermənistan Rusiya ilə münasibətlərin yaxşılaşmasında maraqlıdır. Bugünədək Paşinyan daha çox Qərbə inteqrasiya və s. ritorikalarla məşhur idi. Görünür, Paşinyanın bu istiqamətdə səyləri ciddi nəticələr doğurmayıb".

Razi Nurullayev: Paşinyan illərdir siyasətdə olduğundan, taktikasında müəyyən düzəlişlər həyata keçirir

Nurullayev hesab edir ki, Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşməsi Ermənistana sərf edir:

"Paşinyan bu kart üzərindən Rusiya ilə yaxınlaşmaq istəyəcək. İstənilən halda bu gün Azərbaycan-Ermənistan arasında yekun sülh müqaviləsi yoxdur, sadəcə bəyannamə var və sülh sənədi paraflanıb. O baxımdan İrəvan hökuməti Azərbaycanın Rusiya ilə əlaqələrində yaranmış gərginlik fonunda Ermənistan-Rusiya münasibətlərini yaxşılaşdırmaq niyyəti güdür. Bu, Paşinyan hökumətinin xarici siyasətinə uyğundur".

Qeyd edək ki, Rusiyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan prezident Vladimir Putinlə görüşüb. Paşinyan bildirib ki, Ermənistan özünə uyğun olan kiçik modul tipli atom layihələri axtarır və bu məsələdə Rusiya ilə aktiv dialoq aparır. Baş nazir deyib ki, "Rosatom" korporasiyası ilə də səmərəli əməkdaşlıq mövcuddur.

Paşinyanın sözlərinə görə, rəsmi İrəvan hazırda Ermənistan Atom Elektrik Stansiyasının istismar müddətini 2036-cı ilə qədər uzatmaq üzərində çalışır.

Paşinyan iki ölkə arasındakı ticarət dövriyyəsinə də diqqət çəkərək qeyd edib ki, bu il müəyyən azalma müşahidə olunub:

"Bu, qlobal proseslərlə bağlıdır. Amma qarşılıqlı ticarətin 2023 və 2024-cü illərdəki templə artmasını davam etdirmək üçün bu istiqamətdə işləmək vacibdir".

Görüş çərçivəsində tərəflər enerji və iqtisadi əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Sentyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri