Icma.az
close
up
RU
Paşinyan separatizmə qarşıdır: Qonşuları əməkdaşlığa çağırdı TƏHLİL

Paşinyan separatizmə qarşıdır: Qonşuları əməkdaşlığa çağırdı TƏHLİL

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

“Onun bu mövqeyi Vaşinqtonda imzalanan sənədlərin, eləcə də bundan əvvəl əldə edilmiş razılaşmaların icrasına töhfə verə bilər. Ermənistanın Azərbaycanla münasibətlərdə konstruktiv xətt seçməsi bölgədə iqtisadi inteqrasiyanın, yeni kommunikasiya layihələrinin və təhlükəsizlik mexanizmlərinin yaranması üçün vacibdir. Bununla belə, Paşinyan üçün bu yanaşma ciddi risklər də daşıyır. O, seçki ərəfəsində yenidən ciddi daxili müqavimətlə üzləşə bilər. Ermənistanda hələ də revanşist düşüncələri bölüşən və keçmiş siyasətə qayıtmaq istəyən geniş bir kütlə mövcuddur. Bu qüvvələr daxilində Rusiyanın dəstəyi ilə “Qarabağ məsələsini yenidən gündəmə gətirmək” niyyəti olan qrupların aktivləşməsi gözləniləndir. Üstəlik, Avropa Birliyinin də müəyyən dairələrinin bu proseslərə dolayı dəstək göstərməsi Ermənistan daxilində siyasi balansı daha da mürəkkəbləşdirir.

“Qarabağ ermənilərinə söyləmişəm ki, onların qayıdışı qeyri-realdır”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, əgər biz qayıdış gündəmini davam etdirsək, bu, (separatçı) “Qarabağ hərəkatı”nı yenidən başlayacağımız anlamına gələcək. Mən artıq bəyan etmişəm ki, biz “Qarabağ hərəkatı”nı davam etdirməməliyik, bu bitib, onu dirçəltmək cəhdləri əbəs olacaq”. 

Paşinyanın sözlərinə görə, Ermənistan Qarabağ məsələsinin həll olunmadığını bəyan edərsə, bu, yeni müharibə demək olacaq: “Qarabağ məsələsinin davam etməsi yeni müharibə, yeni qurbanlar, yeni çətinliklər, gözlənilməz nəticələrlə yeni blokada deməkdir. Qarabağ məsələsinin həll olunmadığını deyənlər, mahiyyət etibarilə Ermənistanın yeni müharibəyə başlamalı olduğunu deyirlər”. Baş nazir Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdığını qeyd edib.

Paşinyanın bəyanatını şərh edən politoloq Abutalıb Səmədov Sherg.az-a açıqlamasında bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı səsləndirdiyi son bəyanatlar həm siyasi cəsarət, həm də müəyyən mənada səmimiyyət nümayiş etdirir: “Parlament seçkiləri ərəfəsində belə həssas mövzuda ritorikanı kəskin şəkildə dəyişmək, separatizmlə bağlı illərdir formalaşmış ictimai stereotiplərə zidd mesaj vermək, heç şübhəsiz ki, onun siyasi rəqiblərinin əlinə əlavə arqumentlər verir. Buna baxmayaraq, Paşinyan geniş ictimaiyyətin xoşuna gəlməyəcək mövqeni açıq şəkildə səsləndirir və bu, onun siyasi xəttinin taktiki deyil, strateji yanaşma olduğunu göstərir. Bu, ilk dəfə deyil ki, Paşinyan oxşar mövqe nümayiş etdirir. O, uzun müddətdir ki, Ermənistanın gələcəyini “4-cü Ermənistan Respublikası” adlandırdığı yeni siyasi fəlsəfə üzərində qurmaq istəyini vurğulayır. Paşinyanın təsvir etdiyi bu model qonşu dövlətlərlə qarşıdurma yox, əməkdaşlıq siyasətinə, ərazi iddialarından imtina və separatizmin dəstəklənmədiyi modern dövlət quruculuğuna əsaslanır. Bu, Ermənistan üçün həm regiondakı reallıqlara uyğunlaşma cəhdi, həm də müstəqil siyasi kurs axtarışıdır”.

Politoloq qeyd edib ki, Paşinyanın son açıqlamaları Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin formalaşmasına real zəmin yaradan faktorlardandır: “Onun bu mövqeyi Vaşinqtonda imzalanan sənədlərin, eləcə də bundan əvvəl əldə edilmiş razılaşmaların icrasına töhfə verə bilər. Ermənistanın Azərbaycanla münasibətlərdə konstruktiv xətt seçməsi bölgədə iqtisadi inteqrasiyanın, yeni kommunikasiya layihələrinin və təhlükəsizlik mexanizmlərinin yaranması üçün vacibdir. Bununla belə, Paşinyan üçün bu yanaşma ciddi risklər də daşıyır. O, seçki ərəfəsində yenidən ciddi daxili müqavimətlə üzləşə bilər. Ermənistanda hələ də revanşist düşüncələri bölüşən və keçmiş siyasətə qayıtmaq istəyən geniş bir kütlə mövcuddur. Bu qüvvələr daxilində Rusiyanın dəstəyi ilə “Qarabağ məsələsini yenidən gündəmə gətirmək” niyyəti olan qrupların aktivləşməsi gözləniləndir. Üstəlik, Avropa Birliyinin də müəyyən dairələrinin bu proseslərə dolayı dəstək göstərməsi Ermənistan daxilində siyasi balansı daha da mürəkkəbləşdirir.

Görünən odur ki, Ermənistan seçkiləri öncəsi yeni gərginlik mərhələsinə daxil olur. Paşinyanın qarşısında təhlükəsizlik riskləri də, siyasi təzyiq mexanizmləri də artır. Bununla belə, o, öz ardıcıl mövqeyi ilə bölgədə daha sabit, proqnozlaşdırılan və əməkdaşlığa əsaslanan mühitin formalaşmasına real töhfə verə bilər.

Ümid edək ki, seçkilərin nəticələri Ermənistanda radikalizmin deyil, məhz sülh və əməkdaşlıq xəttinin qalib gəlməsinə şərait yaradacaq. Bu isə Cənubi Qafqaz üçün daha stabil və təhlükəsiz gələcək deməkdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Dekabr 2025 06:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri