Paşinyan sərhədi keçən Azərbaycan vətəndaşından danışıb
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistanın Baş naziri Nikol Paşinyan sərhədi keçən Azərbaycan vətəndaşının hərbçilər tərəfindən saxlanılamasına münasibət bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Paşinyan hadisə ilə bağlı açıqlamasında hərbçilərin həmin şəxsi aşkar etdikdən sonra müvafiq quruma təhvil verdiklərini deyib.
“Bir şəxs sərhədi keçib, hərbçilər onu aşkar edərək Milli Təhlükəsizlik Xidmətinə təhvil veriblər. Onlar yaxınlaşan bir şəxsi görüblər. Onu güllələməli, öldürməli idilər? Burada problem nədir? Onu Respublika meydanında həbs etməyiblər ki”, – Paşinyan bildirib.
Ermənistanın Baş naziri əlavə edib ki, dünyada keçilməsi mümkün olmayan sərhəd yoxdur.
“Dünyada insanın keçə bilməyəcəyi sərhəd yoxdur. Makedoniyalıların dövründən bu günə qədər belə bir sərhəd mövcud olmayıb”, – o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 22 Oktyabr 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















