Icma.az
close
up
RU
Paşinyan silahları və ordunu bu səbəbdən küçəyə çıxarır

Paşinyan silahları və ordunu bu səbəbdən küçəyə çıxarır

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Erməni nəşri: “Hökumət Moskvaya müdafiəsiz olmadığını və lazım gələrsə, öz silahlı qüvvələrinə güvənə biləcəyini nümayiş etdirmək istəyir”
Mayın 28-də Ermənistanın məzuniyyətdə olan baş naziri Nikol Paşinyan Respublika Meydanında hərbi parad keçirməyə hazırlaşması Moskva ilə gərginləşən münasibətlər fonunda xüsusi diqqət çəkir.
Turkustan.az xəbər verir ki, xüsusilə revanşistlərə yaxın mediada ən müxtəlif təhlillər verilir. “Azərbaycan buna etiraz etməyib. Baxmayaraq ki, nümayiş etdirilən silahları özünə qarşı yönəlmiş kimi qəbul etdiyini və bunu erməni revanşizminin təzahürü hesab etdiyini bəyan edə bilərdi. Lakin Bakı səssiz qalır, görünür, bu qoşunların, silahların və texnikanın Azərbaycanla heç bir əlaqəsi olmadığına əmindir. Onda sual yaranır: bu parad niyə keçirilir və kimə qarşı yönəlib?” deyə, hraparak.am yazır.
Nəşr 28 may paradının bir neçə mesajı olduğunu yazır: “Bir nəzəriyyə görə, parad yalnız daxili siyasi, seçkiqabağı məqsədləri - hökumətin öz gücünün ictimaiyyətə nümayişini hədəfləyir. Başqa sözlə, hədəf xarici düşmən deyil, daxili müxalifət və mövcud hökumətə qarşı səs vermək niyyətində olan vətəndaşların bir hissəsidir. Paşinyan öz ictimaiyyətinə silah və qoşun nümayiş etdirməklə, sanki deyir: "Baxın bizə qarşı olsanız, nə ilə qarşılaşarsınız...".

Başqa bir versiya isə paradın nəhəng hökumət xərclərini əsaslandırmaq üçün lazım olduğudur: “Son səkkiz ildə Ermənistanın xarici borcu 8 milyard dollardan çox artıb və hərbi texnikanın nümayişi ictimaiyyətə bu vəsaitlərin necə xərcləndiyini izah etmək cəhdi kimi xidmət edə bilər”.
Erməni nəşri yazır ki, amma “bu silahlar kimə qarşı yönəlib” sualı açıq qalır:
“Əgər hökumətin iddia etdiyi kimi, Ermənistanda sülh bərqərar olubsa, Azərbaycan artıq ölkənin təhlükəsizliyinə və ərazi bütövlüyünə təhdid kimi qəbul edilmirsə, onda niyə silah alışına bu qədər böyük məbləğ xərcləməlidir?
Əslində, bu parad Rusiyaya və Ermənistandakı Rusiya hərbi mövcudluğuna qarşı yönəlib. Görünür, Paşinyan Moskvaya hökumətinin göründüyü qədər müdafiəsiz olmadığını və lazım gələrsə, öz silahlı qüvvələrinə güvənə biləcəyini nümayiş etdirməyə çalışır. İlk baxışdan bu, absurd səslənir, amma çox güman ki, məhz hakimiyyətin məntiqi budur. Alen Simonyanın Rusiyanın Ukraynadakı hərəkətlərini Moskvanın Ermənistana qarşı siyasəti ilə eyniləşdirdiyi açıqlamaları, Paşinyanın çevrəsində oxşar narahatlıqların olduğunu göstərir”.Nəşrə görə,
28 mayda keçiriləcək hərbi parad Rusiyaya və onun Ermənistandakı hərbi mövcudluğuna ünvanlanmış siyasi siqnal kimi qəbul edilə bilər. Mesaj, ehtimal ki, belədir: "Bizim öz ordumuz və silahlarımız var və lazım gələrsə, özümüzü müdafiə edə bilərik” . Paşinyan hökumətinin bunu edib-etməyəcəyi isə biur başqa sualdır”./Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 May 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri