Paşinyan silahları xalqa göstərir: Müharibə yox, sülh üçün VİDEO
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Partiyanın seçkiqabağı kampaniyası üçün Qafanda olan Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün vətəndaşlarla söhbətində silahları ictimaiyyət qarşısında nümayiş etdirəcəyini açıqlayıb.
“Cebheinfo.az” xəbər verir ki, Paşinyan "İki-üç ay əvvəl demişdim ki, nailiyyətlərimizi görmək istəyən vətəndaşları aparıb onlara göstərəcəyəm. Artıq bir neçə qrupu dəvət etmişəm, rəhbərlik etmişəm və nümayiş etdirmişəm, amma insanların sayı o qədər çoxdur ki, hər kəsə göstərməli olduğumuz, bunu ictimaiyyət qarşısında göstərməli olduğumuz qənaətinə gəldik”,-deyib.
Paşinyan bildirib ki, lakin bunu sülhə vurğu edərək və sülh kontekstində edir.
“Sülh var, qonşularımızla heç bir gərginlik yoxdur və ümid edirik ki, onlar bunu təcavüz kimi qəbul etməyəcəklər", - deyə Paşinyan vətəndaşlara bildirib.
O, xalqa hesabat təqdim edəcəklərini və bunun may ayında baş tutacağını vurğulayıb.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 15 Mart 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















