Paşinyan sülh müqaviləsinə hansı məsələlərin mane olduğunu açıqlayıb
Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Sülh müqaviləsi ilə bağlı heç bir yenilik yoxdur, çünki mən artıq demişəm ki, layihədəki 17 maddədən 15-i razılaşdırılıb, razılaşdırılmamış iki bənd var və Ermənistan hər ikisinin həlli yollarını təklif edib”.
Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı məlumat verib.
O bildirib ki, razılaşdırılmamış bəndlərdən biri üçüncü ölkə qüvvələrinin nümayəndələrinin sərhəddə yerləşdirilməməsi ilə bağlıdır:
"Biz bunu sərhədə, demarkasiya olunmuş hissələrə tətbiq etməyi təklif edirik", - deyə siyasətçi vurğulayıb.
Paşinyan qeyd edib ki, həmçinin beynəlxalq forumlardan mübahisələrin hüquqi baxımdan geri götürülməsi məsələsi də var ki, bu da müəyyən şərtlər daxilində bizim üçün məqbul ola bilər.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 31 Yanvar 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















