Icma.az
close
up
RU
Paşinyan sülh müqaviləsinin razılaşdırılmayan bəndlərinə dair təkliflərini AÇIQLADI

Paşinyan sülh müqaviləsinin razılaşdırılmayan bəndlərinə dair təkliflərini AÇIQLADI

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Sülh müqaviləsi danışıqlarında razılaşdırılmayan iki bənddən biri Ermənistan və Azərbaycan sərhədində üçüncü qüvvələrin yerləşdirilməsi ilə bağlıdır”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Atlantik Şurasının Avrasiya Mərkəzinin baş direktoru, səfir Con Herbstlə müsahibəsində deyib.
“Azərbaycan Avropanın mülki müşahidə missiyasına istinad edərək, sərhəddə üçüncü tərəfin qüvvələrinin yerləşdirilməsinə qadağa tətbiq olunmasını təklif edir. Biz Azərbaycanın bu istəyini nəzərə alırıq və öz təklifimizi irəli sürmüşük, bu da həmin bəndin yalnız sərhədin demarkasiya olunmuş hissələrində tətbiqini nəzərdə tutur. Yəni, əgər biz bu ərazini demarkasiya etmişiksə, bu o deməkdir ki, orada üçüncü tərəf qüvvəsi olmamalıdır. Beləliklə, biz öz təklifimizi yazılı şəkildə təqdim etmişik və Azərbaycanın cavabını gözləyirik”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, sülh müqaviləsinin razılaşdırlmayan digər bəndi hüquqi orqanlarda bir-birindən edilən şikayətlərlə bağlıdır.
“İdeya budur ki, bütün bu şikayətlər geri götürülsün. Ümumiyyətlə, biz də bu fikrin əleyhinə deyilik, amma təklifimiz ondan ibarətdir ki, nəinki bu şikayətlər ləğv edilsin, həm də ikitərəfli münasibətlərdə bu məsələlər gündəmə gətirilməsin. Əks halda, qəribə vəziyyət yarana bilər, tutaq ki, məsələ beynəlxalq strukturun prosesindən çıxarılır, amma tərəflərdən biri onu ikitərəfli münasibətlər masasına gətirməyə çalışır və bu məsələdən istifadə edərək gərginliyin artmasına səbəb olur.

Biz də bütün şikayətlərin geri çəkilməsinin əleyhinə deyilik. Biz təklif edirik ki, münaqişə ilə bağlı gələcək müzakirələrə son qoyulsun və yeni və təmiz səhifədən başlayaraq ikitərəfli münasibətlərdə yeni dövr açılsın.

Əgər fikir vermisinizsə, bu o deməkdir ki, sülh müqaviləsi layihəsinin bütün vacib məsələləri artıq razılaşdırılıb. Bu layihədə çox dərin və həssas mövzular var idi, lakin bütün bu məsələlərdə artıq razılıq var. Məsələn, Ermənistan və Azərbaycan Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı sərhədlərə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü tanımağa razılaşdılar.

Əgər fikir vermisinizsə, bu o deməkdir ki, biz razılaşmışıq ki, sülh müqaviləsi layihəsində Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur və gələcəkdə belə iddialarla çıxış etməyəcəklər. Bu, əslində gələcək sülhün təməl daşıdır və ətrafında hər şey razılaşdırılır. Mən bunu niyə deyirəm, çünki bu, sülhün mövcud olduğunu açıq şəkildə göstərir və indi yalnız sülh müqaviləsi layihəsini başa çatdırmaq, imzalamaq və davamlı sülhə nail olmaq üçün siyasi iradə lazımdır”, - Ermənistanın baş naziri bildirib.
Nikol Paşinyan Atlantik Şurada çıxışı zamanı Ermənistan Respublikası hökumətinin xarici siyasətini təqdim edib.

“Bilirsiniz ki, ölkəmizin dörd sərhədindən ikisi tamamilə bağlıdır, mən Türkiyə və Azərbaycanla sərhədlərimizdən danışıram. Bizim daha iki sərhədimiz var - Gürcüstan və İranla. Təbii ki, bu iki sərhəd bizim üçün çox önəmlidir, əməkdaşlıq edirik, iki qonşumuz Gürcüstan və İranla yaxşı münasibətlərimiz var, amma Türkiyə və Azərbaycanla münasibətlərimizdə yeni dövr açmaq istəyirik”, - baş nazir qeyd edib.
“Əvvəlki illərdə biz Azərbaycanla sülh prosesində çox böyük irəliləyiş əldə etmişik. Hazırda Azərbaycanla sülh müqaviləsi layihəsini müzakirə edirik və biz indi bu müqavilənin 17 bəndindən 15-i üzrə tam razılığa gəlmişik və hələlik yekun razılığa gəlmədiyimiz iki məqam var. Ümid edirik ki, bu prosesi mümkün qədər tez başa çatdıracağıq. Əlbəttə ki, biz Azərbaycanla ikitərəfli formatda işləyirik, lakin davamlı sülhə nail olmaq üçün lazımi mühitin yaradılmasında şübhəsiz ki, beynəlxalq ictimaiyyətin diqqəti və dəstəyi çox faydalı olardı”, - Paşinyan deyib.
“Türkiyə ilə kifayət qədər fəal dialoqumuz var. Son illərdə Türkiyə Prezidenti ilə bir neçə görüş keçirmişəm, Türkiyə Prezidentinin andiçmə mərasimində iştirak etmişəm, biz bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşmüşük və sərhədlərimizin birinci mərhələdə üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılması ilə bağlı çox konkret razılaşmamız var. Ümid edirik ki, bu sazişi ən qısa zamanda həyata keçirəcəyik. Biz bu istiqamətdə işləyirik.

Digər tərəfdən, biz digər regional tərəfdaşlarla, yəni Gürcüstan və İranı nəzərdə tuturam, əməkdaşlığı dərinləşdiririk. Təbii ki, bizim qonşularımızla münasibətləri dərinləşdirməyə mane olan beynəlxalq vəziyyət mövcuddur və bu hallar hamıya məlumdur, mən bunları demirəm.

Amma hesab edirəm ki, biz bütün bu halları nəzərə almağa, digər tərəfdən qonşularımızla münasibətləri inkişaf etdirməyə nail oluruq. Əlbəttə, ümid edirik ki, biz Azərbaycanla sülh müqaviləsinin hazırlanmasını başa çatdırıb onu imzalayanda, eləcə də Türkiyə ilə münasibətlərin normallaşmasına nail olanda regional vəziyyətimizdə sıçrayış olacaq. Bu da nəinki regional vəziyyəti tamamilə dəyişəcək, həm də hesab edirəm ki, beynəlxalq vəziyyətə çox nəzərəçarpacaq və əhəmiyyətli təsir göstərəcək”, - Paşinyan bildirib./modern.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Fevral 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri