Paşinyan: Sülh prosesində Astananın rolu var
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Nikol Paşinyan Qazaxıstanın Ermənistanla Azərbaycan arasında sülh prosesində mühüm rolunu yüksək qiymətləndirir.
“Yeni Sabah” armenpress-ə istinadla xəbər verir ki, bu barədə o, Ermənistanın baş naziri Astanada Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşündən sonra jurnalistlərə bildirib:
"Qazaxıstan çox mühüm bir zamanda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda görüşü üçün platforma təqdim etdi və bu danışıqlar gələcək inkişaf üçün çox vacib idi".
Baş nazir xatırladıb ki, Almaatı Bəyannaməsi hazırda Ermənistan və Azərbaycan arasında sülh prosesinin əsasını təşkil edir:
"Bu sənədin həm xüsusi siyasi, həm də simvolik əhəmiyyəti var”.
Paşinyan qeyd edib ki, avqustun 8-də Vaşinqtonda keçirilən sülh sammitindən sonra o, şəxsən Tokayevə zəng edərək mühüm danışıqlar barədə məlumat verib.
"Bu, həm də mənim indiki vaxtda şəxsi dəstəyinizə, eləcə də Qazaxıstanın dəstəyinə görə mənim minnətdarlığımın ifadəsidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 21 Noyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















