“Paşinyan sülh sazişindən əvvəl KTMT ni tərk etməyəcək” ELXAN ŞAHİNOĞLU
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Ermənistanın KTMT-dən de-fakto çıxması anti-Rusiya mövqeyi demək deyil.
O əlavə edib ki, qalan məsələlər ölkənin siyasi maraqlarından asılıdır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Elxan Şahinoğlu məsələyə belə münasibət bildirib:
“Fikrimcə, baş nazir Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalanana qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməyəcək. Çünki bu addım atılacağı təqdirdə Kreml parlament seçkiləri ərəfəsində Paşinyana və onun komandasına əlavə təzyiqlər göstərə bilər”.
Politoloq əlavə olaraq qeyd edib ki, Paşinyan və onun komanda üzvləri bunu anladıqlarından əvvəlki illərdən fərqli olaraq KTMT ilə bağlı sərt açıqlamalar verməkdən çəkinirlər.
“Təsadüfi deyil ki, Ermənistan rəsmiləri KTMT-nin tədbirlərində iştirak etməsələr də, təşkilatın qərarlarının qəbuluna əngəl olmayacaqlarını bildiriblər”-,deyə Elxan Şahinoğlu əlavə edib.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 28 Noyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















