Icma.az
close
up
RU
Paşinyan sülh sazişini POZUR

Paşinyan sülh sazişini POZUR

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması kontekstində ölkəmizdə Konstitusiya dəyişikliyinə ehtiyac yoxdur”.

Ermənistan Baş naziri Nikol Paşinyan AŞPA-da çıxışı zamanı belə deyib. Baş nazir iddia edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yoxdur:

“2024-cü ilin sentyabrında Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməni araşdırarkən qeyd edib ki, Ermənistan Konstitusiyasında heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Ermənistan sülh sazişini imzalayanda onun Ermənistan Konstitusiyasına uyğunluğunu yoxlamaq üçün onu Konstitusiya Məhkəməsinə göndərməlidir”.

Qeyd edək ki, Nikol Paşinyanın bu açıqlaması hüquqi nihilizm (qanunun inkar edilməsi) təsiri bağışlayır. Çünki konstitusiyasının preambual hissəsində Ermənistan Müstəqillik Bəyanaməsinə istinad edilir. Həmin bəyannamədə keçmiş Dağlıq Muxtar Respublikasının Ermənistana birləşdirilməsinə dair Ermənistan Ali Sovetinin 1989-cu il tarixli qanunsuz qərarına istinad edilir. Bu isə Azərbaycana qarşı ərazi iddialarının Ermənistan Konstitusiyasında təsbit edilməsi deməkdir.

Yəni başqa dövlətə qarşı ərazi iddiasının bir ölkənin konstiutusiyasına və qanunvericiliyinə daxil edilməsi hüquqi işğal sayılır. Halbuki Ermənistan Konstitusiyasının preambula hissəsi avqustun 8-də Vaşinqtonda paraflanmış  “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”ə ziddir.

Həmin sənədin 1-ci bəndində qeyd edilir ki, Azərbaycan və Ermənistan bundan sonra bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər. 

2-ci bənddə imzalanmış razılaşmaya əsasən tərəflər bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər. Həmçinin, Azərbaycan və Ermənistan digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini tamamilə və ya qismən parçalamağa yönəlmiş hər hansı bir hərəkətə, onun planlaşdırılmasına, hazırlanmasına və dəstəklənməsinə yol verməyəcəklərini bəyan edirlər.

Yəni Nikol Paşinyan açıqlaması paraflanmış sülh sazişinin pozulması deməkdir. Bu isə həm sözügedən bəyannamənin, həm də gələcək sülh müqaviləsinin dayanıqlılı və etibarlılı olmasını şübhə altına alır. Bütün bunların baş verməməsi üçün preambula hissəsini yeni konstitusiyanın mətnindən çıxartmalıdır.    

Nikol Paşinyan isə görünür, hələ də preambula hissəsini yeni konstitusiya layihəsində saxlamaqla Azərbaycanı sülh sazişinin imzalanmasının mümkünlüyünə inandırmağa çalışır.

Lakin preambulanın ali qanunda saxlanılarsa, Ermənistan Konstitusiya Məhkəməsinin həmin sazişi ratifikasiyasına müsbət rəy vermək səlahiyyəti yoxdur. Belə ki, Ermənistan Konstitusiyasının 168-ci maddəsinin 3-cü bəndində görə, beynəlxalq müqavilə ratifikasiya edilməzdən əvvəl orada təsbit olunmuş öhdəliklərin Konstitusiya Məhkəməsi onun ali qanuna uyğunluğunu müəyyən edir. 

Konstitusiyada isə Qarabağ Ermənistan ərazisi kimi göstərilir. Ona görə də Ermənistan hakimiyyəti Qarabağa olan iddiasından de-yure imtina etməsə, Konstitusiya Məhkəməsi sülh müqaviləsinin əleyhinə rəy verəcək.  Eyni zamanda, “Hüquqi Normativ Aktlar Haqqında” Ermənistan Respublikası Qanununun 9.2-ci maddəsinə görə, hüquqi akt özünə bərabər və ya daha yüksək qüvvəyə malik hüquqi normativ akta zidd ola bilməz.

Yəni beynəlxalq müqavilələr Ermənistan Konstitusiyasına və onun tərkib hissəsi olan preambulaya zidd olmamlıdır. Bu maddəni Konstitusiya Məhkəməsinə sülh müqaviləsinə müsbət rəy verməmək üçün əsas yaradır.  Ermənistan Konstitusiyasının 116.3-cü maddəsinə görə, parlament Konstitusiyaya zidd olan beynəlxalq müqavilələri ratifikasiya edə bilməz. 

Göründüyü kimi, Paşinyanın fikirləri daha çox siyasi manipulyasiyadır. Real sülhə nail olmaq üçün Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiları çıxarılmalıdır. Əks halda, sülh sazişinin qarşısında ciddi hüquqi maneələr qalmaqdadır. Nikol Paşinyanın sözügedən bəyanatı çox güman ki, daha çox Ermənistanda daxili ictimai auditoriyaya hesablanıb. Çünki 2026-cı ilin iyun ayında Ermənistanda keçiriləcək seçkilər öncəsi radikal müxalifət hakimiyyətə qarşı “Paşinyan  Azərbaycanın tələbi ilə konstusiyanı dəyişdi”, ““Artsax”dan imtina etdi” kimi siyasi şüarlardan istifadə edə bilər.

Paşinyan da bu cür çağırışların mühafizəkar erməni cəmiyyətində geniş yayılacağının fərqindədir. Ona görə də Baş nazir bu cür açıqlamalar verməklə potensial təhlükələri neytrallaşdırmağa çalışır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az” 

Açar sözlər: Paşinyan sülh

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Oktyabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri