Icma.az
close
up
RU
Paşinyan sülh tərəfdarı deyil: Bəs əslində Nikol nə istəyir? KONKRET

Paşinyan sülh tərəfdarı deyil: Bəs əslində Nikol nə istəyir? KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

“Son zamanlar Ermənistanla Azərbaycan arasında yaranan gərginliyin əsas səbəbi, İrəvanın hələ də Bakıya qarşı ərazi iddialarını davam etdirməsidir. Ermənistan tərəfi sərhəddə mütəmadi olaraq pozuculuq fəaliyyətləri həyata keçirir və bu da sülh prosesinə ciddi maneələr yaradır. Azərbaycan tərəfi daim sülh prosesinin irəliləməsini istəsə də, Ermənistanın təxribatları bu prosesi ləngidir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Azərbaycan Yəhudi Media mərkəzinin politoloqu Rüstəm Tağızadə bildirib.

Rüstəm Tağızadə

“Qeyd etmək lazımdır ki, Ermənistan daxilində Azərbaycanın əleyhinə olan revanşist qüvvələr də mövcuddur. Bu qüvvələr həmçinin Paşinyan hökumətinə təzyiqlər göstərərək, onun qərar verməsini çətinləşdirirlər. Əslində, Paşinyan hökumətinin də tam olaraq sülh tərəfdarı olduğunu demək düzgün olmaz. Bəziləri Paşinyanın sülhə can atdığını iddia etsələr də, reallıqda bu, belə deyil. Bundan əlavə, xarici qüvvələrin Ermənistana göstərdiyi siyasi dəstək və təzyiqlər də sülh prosesinə mənfi təsir göstərir”.

Politoloq qeyd edir ki, Azərbaycan tərəfi dəfələrlə sülhə hazır olduğunu və bu prosesin yalnız kağız üzərində deyil, real əməli addımlarla dəstəkləndiyini bildirib.

“Lakin hələ də bir sıra vacib məsələlər həll olunmayıb. Xüsusilə, ATƏT-in Minsk Qrupunun ləğv edilməməsi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer alması, sülh prosesini çətinləşdirən əsas amillərdəndir. Paşinyan bu istiqamətdə ciddi addımlar atmır. Bütün bunlar göstərir ki, Azərbaycan sülhə doğru real addımlar atmağa hazır olduğu halda, Ermənistan tərəfi təxribatlarla cavab verir. Sərhəddə baş verən pozuntular və Ermənistanın silahlandırılması da Cənubi Qafqaz regionunda təhlükəsizlik risklərini artırır. Bu amillər regionda davamlı sülhün təmin edilməsinə mane olur. Nəticə olaraq, Ermənistan Azərbaycanın irəli sürdüyü şərtlərə əməli şəkildə riayət etməlidir. Əks halda, bölgədə sabitliyin bərqərar olması çətinləşəcək”.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Aprel 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri