Icma.az
close
up
RU
PAŞİNYAN SÜLHDƏN İMTİNA EDİR Bakının əsas tələblərinə “şərt” qoşdu AzPolitika onlayn siyasiictimai qəzet

PAŞİNYAN SÜLHDƏN İMTİNA EDİR Bakının əsas tələblərinə “şərt” qoşdu AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan regionda sülhün bərqərar olması ilə bağlı təkliflərini açıqlayıb.

“AzPolitika” xəbər verir ki, “Facebook” səhifəsində paylaşım edən Baş nazir, ilk dəfə rəsmi İrəvanın da ATƏT-in Minsk qrupunun buraxılmasına razı olduğunu bildirib.

Ancaq Bakının bu təlləbi ilə bağlı Paşinyan deyib ki, sülh müqaviləsinin imzalanmasından sonra bu addımı atmağa hazırdı. Halbuki Prezident İlham Əliyev bu addımın sülh müaviləsindən öncə atılmasının vacibliyini vurğulayıb. Ermənistan rəhbərlərinin sözünə heç bir etimad olmadığını və Paşinyanın öhdəliklərini sonradan “unutduğunu” nəzərə alsaq, bu tələbinin nə qədər doğru olduğunu xüsusi izah etməyə ehtiyac qalmaz.

Paşinyan həmçinin dövlət sərhədlərinin Qərb hissəsində həyata keçirilən demarkasiyası təcrübəsinə və iki ölkənin sərhəd demarkasiyası komissiyalarının birgə işinin reqlamentinə əsaslanaraq prosesi davam etdirməyə və sülh sazişi imzalamağa hazır olduğunu iddia edib. Onun sözlərinə görə, sülh müqaviləsi 90 faiz hazırdır.

Ancaq Paşinyan yenə də Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini unudaraq Bakıya qeyri-real “Sülh yollarının kəsişməsi” layihəsini həyata keçirilməyi təklif edib. Bu da Ermənistanın Baş nazirinin real addımlar atmaq əvəzinə, utopik təkliflərlə vaxt udmağa çalışdığını göstərir.

Paşinyan Ermənistan ordusunun təxribatlara əl atması, Azərbaycanın mövqelərini atəşə tutması ilə bağlı faktlara münasibət bildirməkdən yayınaraq, yenə atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün birgə mexanizmin tətbiq etməklə bağlı mahiyyəti aydın olmayan fikrini təkrarlayıb.

Paşinyan Azərbaycanın sülh müqaviləsi üçün beynəlxalq məhkəmələrdə tərəflərin bir-birlərinə qarşı hüquqi iddialarını geri çəkməsi tələbinə də, necə deyərlər, “şərt” qoşub. O, əsl erməni hiyləgərliyi ilə Bakıda həbsdə olan separatçı-terrorçuların “problemini” də bura daxil edərək, onlara qarşı itihamlarıdan da imtina olunmasını təklif edib. Bununla da o, sülh müqaviləsi üçün minlərlə insanın ölümüdə günahkar olan cinayətkarların cəzasız qalması, azadlığa buraxılması "şərtini"  irəli sürmüş olub.

“Hər iki ölkədən qaçqınlarla bağlı məsələlərin bütövlükdə müzakirə edilməsi, birgə peşəkar, ekspert komitəsinin yaradılması sülhün bərqərar olmasına yardım edərdi” – deyə, Paşinyan paylaşımını praktiki əhəmiyyəti olmayan fikirlərlə tamamlayıb.

Azərbaycanın "sülhə nail olmaq üçün Ermənistan Konstitusiyasında mütləq dəyişiklik edilməlidir"  tələbinin isə, Paşinyan ümumiyyətlə yada salmayıb. Halbuki Ermənistan Konstitusiyasında sülhə maneə olan müddəaların mövcudluğu qarşı tərəfin diqqətinə dəfələrlə çatdırılıb.

Beləliklə, Nikol Paşinyan sülh müqaviləsi üçün Azərbayanın irəli sürdüyü əsas tələbləri könüllü olaraq yerinə yetirmək istəmədiyini açıq şəkildə ifadə edib. Faktiki olaraq Bakının irəli sürdüyü şərtlər çərçivəsində sülh müqaviləsi bağlamaqdan imtina edib. Bu isə hər an sülhə məcburetmə əməliyyatına ehtiyac yarana biləcəyini söyləməyə əsas verir.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Yanvar 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see316

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see171

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see128

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see122

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri