Paşinyan Tbilisiyə gedib
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistan Baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfərə gedib.
Bakıvaxtı.az xəbər verir ki, o, Tbilisidə Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşəcək.
Paşinyan və Kobaxidze axşam futbol üzrə Ermənistan və Gürcüstan milli komandaları arasında keçiriləcək cavab oyununu da izləyəcək. Bu gün Tbilisidə UEFA Millətlər Liqasının pley-off mərhələsinin Gürcüstan və Ermənistan komandaları arasında cavab oyunu keçiriləcək.
Xatırladaq ki, Gürcüstan baş naziri martın 21-də İrəvanda səfərdə olmuşdu. Səfər çərçivəsində o, Paşinyanla İrəvanda Ermənistan və Gürcüstan millilərinin qarşılaşmasını izləmişdi. Həmin oyun 0 - 3 hesabı ilə Gürcüstan komandasının xeyrinə bitmişdi.
