Paşinyan Tehranda Əli Xameneinin vida mərasimində iştirak edəcək
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edəcək.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə ermənilərin İran parlamentindəki nümayəndəsi Ara Şahverdiyan ISNA-ya bildirib.
O, Ermənistan Baş nazirinin vida mərasimində iştirak etməyə hazır olduğunu bəyan edib.
Qeyd edək ki, İranın daxili işlər nazirinin müavini Əli Əkbər Purcəmşidiyan bu gün keçirdiyi mətbuat konfransında çoxsaylı islam və qeyri-islam ölkələrinin dövlət başçılarının, eləcə də İranın qonşu ölkələrinin mərasimdə iştirak etmək istədiklərini açıqlayıb.
Onun sözlərinə görə, 30-dan çox ölkə mərasimdə iştirak etmək üçün müraciət edib.
Purcəmşidiyanın sözlərinə görə, son məlumata əsasən, 90-dan çox ölkədən dini liderlər, müxtəlif məzhəblərin nümayəndələri və alimlər mərasimdə iştirak etməyə hazır olduqlarını bəyan ediblər.
O əlavə edib ki, cümə günü Tehranda müxtəlif ölkələrin dövlət başçıları, rəsmi şəxsləri, din və məzhəb nümayəndələrinin iştirakı ilə rəsmi ehtiram mərasimi keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 30 İyun 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















