Paşinyan: Tramp Marşrutu Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
"Tramp Marşrutu" (TRIPP) layihəsinin həyata keçirilməsi Ermənistan və ölkənin iqtisadiyyatı üçün yeni dövrün başlanğıcını qoyacaq, həmçinin beynəlxalq logistika marşrutlarını dəyişdirəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-da "Konkordiya" sammitində panel müzakirəsi zamanı bəyan edib.
"Hazırda biz TRIPP layihəsinin həyata keçirilməsinə diqqət yetiririk, bunun nəticəsində regional əlaqəlilik tam təmin olunacaq. TRIPP ölkəmiz və iqtisadiyyatımız üçün yeni dövrün başlanğıcını qoyacaq, çünki ilk növbədə Azərbaycanla dəmir yolu əlaqəmiz olacaq", - o deyib.
Baş nazir həmçinin qeyd edib ki, İrəvan "Ermənistanın Türkiyə ilə sərhədinin açılmasını və bunun çərçivəsində dəmiryol əlaqəsini səbirsizliklə gözləyir".
"Ümumilikdə bu (TRIPP layihəsi - red.) həmçinin beynəlxalq logistikanı dəyişdirəcək, çünki beynəlxalq ictimaiyyət Şərq ilə Qərb arasında yeni marşrut əldə edəcək", - erməni baş naziri vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 23 Sentyabr 2026 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















