Icma.az
close
up
RU
Paşinyan Türkiyə və Azərbaycanla sərhədlərdən danışdı

Paşinyan Türkiyə və Azərbaycanla sərhədlərdən danışdı

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Avropa İttifaqına (Aİ) üzvlük prosesinə başlamaq təşəbbüsü vətəndaş cəmiyyətindən gəlib. Bununla bağlı qanun layihəsi təqdim etdilər və hökumətimiz bunu təsdiqlədi. Parlamentimizin bu qanunu təsdiqləməsi ehtimalı yüksəkdir və biz Aİ ilə gələcək hüquqi yaxınlaşma prosesinə başlayacağıq”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu yanvarın 23-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunan panel müzakirəsi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Niyə biz Avropa İttifaqına daha yaxın olmaq istədik? Çünki biz demokratik dövlətik. Bu halda daha yaxın olmaq və ya demokratiyanın əsas axınında olmaq istəyirsən. İndi də biz Aİ ilə çox sıx əməkdaşlıq edirik. Açığını deyim ki, son illər Avropa İttifaqı ilə münasibətlərimizdə çox böyük dəyişiklik və irəliləyişlər olub. Məsələn, uzun illərdir gündəmimizdə olan viza rejiminin liberallaşdırılması sazişi ətrafında danışıqlara yeni başlamışıq, lakin danışıqlara belə başlaya bilməmişik.  

Ümid edirəm ki, biz onları ən qısa zamanda tamamlayıb sənədi imzalaya biləcəyik. İndi Ermənistan Avropa Sülh Aləti proqramına daxildir ki, bu da çox vacibdir. Ölkəmizdə Avropa Mülki Müşahidəçilər Missiyası fəaliyyət göstərir ki, bu da çox vacibdir. Biz Ermənistan-Avropa İttifaqı hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin icrası prosesindəyik və çox sıx əməkdaşlıq edirik”, - Paşinyan bildirib.

Aİ ilə iqtisadi əlaqələrə toxunan Baş nazir qeyd edib: “Təbii ki, biz iqtisadi baxımdan da Avropa İttifaqına daha yaxın olmaq istəyirik. Amma digər tərəfdən, biz iqtisadi baxımdan regionumuzun ölkələri ilə daha yaxın olmaq istəyirik. Təəssüflər olsun ki, müstəqilliyimizin ilk günlərindən biz bir növ iqtisadi təcrid vəziyyətindəyik, çünki Türkiyə və Azərbaycanla sərhədlərimiz bağlı olub və bağlı qalır və bununla da təkcə regionumuzda deyil, bütün dünyada dəyişikliklər edirik”.

Xəzər
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Yanvar 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri