Paşinyan Vaşinqtonda: Qarabağdakı məğlubiyyət Ermənistanın xeyrinə oldu
Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı separatçı rejimin məğlubiyyətinin Ermənistan üçün də müsbət hal olduğunu bəyan edib.
Paşinyan deyib ki, 2020-ci ilin payızında Qarabağdakı məğlubiyyət ermənistana müstəqillik və suverenlik qazanmaq imkanı verib.
Paşinyan Vaşinqtonda erməni icması ilə görüşü zamanı söyləyib: "Deyə bilərəm ki, məğlubiyyətə uğramaqla biz müstəqil və suveren dövlətə malik olmaq imkanı qazandıq".
Onun sözlərinə görə, Cənubi Qafqazda müəyyən şəraitlə əlaqədar Ermənistana qarşı neqativ münasibət formalaşıb və respublika bunun öhdəsindən gəlmək üçün “emosiyasız və ən təsirli üsullarla” rəftar etməklə düzgün iş görür.
Paşinyanın ABŞ səfəri fevralın 7-dək davam edəcək. O, Vaşinqtonda hər il keçirilən beşinci Beynəlxalq Dini Azadlıq Sammitində və Milli Dua Səhər Yeməyində iştirak edəcək.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 04 Fevral 2025 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















