Icma.az
close
up
RU
Paşinyan Vaşinqtonda “sülh proqramı”nı satmaq istəyib: Alıcı tapmayıb

Paşinyan Vaşinqtonda “sülh proqramı”nı satmaq istəyib: Alıcı tapmayıb

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Qərbdə Avrasiya demokratikləşməsinin yeni sevgimlisi  imicini gücləndirmək ümidi ilə Vaşinqtona uzunmüddətli səfər edib. Bununla belə, onun mesajının Tramp administrasiyası ilə rezonans doğurub-doğurmadığı aydın deyil”.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Eurasianet” yazır.

Paşinyan hökuməti son 18 ay ərzində Rusiya ilə əlaqələri kəsib, ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirmək üçün addımlar atıb. Ermənistanın Baş naziri fevralın 4-də Atlantika Şurasında çıxışı zamanı verdiyi şərhlərdə Ermənistanda Qərb tipli demokratiyanın qurulmasının zəruriliyini izah edərək, Qərbi qucaqlamaq üçün səylərini ikiqat artırmaq niyyətində olduğunu bildirib.

Paşinyan Ermənistanı hazırda “demokratiyaya can atan ölkə” kimi xarakterizə edib. Bildirib ki, “insan hüquqlarının müdafiəsi” və “müstəqil məhkəmə sistemi” də daxil olmaqla tam hüquqlu demokratik sistemin inkişafı İkinci Qarabağ müharibəsində Azərbaycana qəti məğlubiyyətdən sonra ölkədə sabitliyi saxlamaq üçün ən yaxşı vasitədir:

“Biz istəyirik ki, Ermənistan vətəndaşları demokratiyanın həqiqətən də bütün insanlar üçün təhlükəsizliyi, rifahı, getdikcə daha çox imkanları təmin edə bilən amil olduğunu hiss etsinlər. Ümid edirik ki, bu islahatlar nəticəsində Ermənistan investisiya, yaşamaq və səfərlər üçün daha cəlbedici ölkəyə çevriləcək”.

O, daha sonra vurğulayıb ki, Ermənistanın demokratikləşmə eksperimentinin uğurlu olması üçün ölkəyə sülh lazımdır. Üstəlik təkcə Azərbaycanla deyil, digər tarixi düşmən olan Türkiyə ilə də belə sülh vacibdir:

“Aydındır ki, sülh olmadan real və artan müstəqilliyə, firavanlığa və təhlükəsizliyə nail olmaq mümkün deyil. Bizdə müharibə şəraitində demokratiya ola bilməz”.

Materialda daha sonra deyilir:

“Aydındır ki, Paşinyanın mesajı ABŞ-ni əsaslı yardım göstərməyə sövq etmək məqsədi daşıyır.

Əksər hallarda Paşinyanın səsi Vaşinqton siyasətçilərinin qulağında musiqi olacaq. Ancaq ən yaxın keçmişdə belə doğru ola biləcək şeylər Tramp administrasiyasının ilk günlərində eyni cür görünmür. Vaşinqtondakı yeni şəraitdə Paşinyanın ritmi cari hadisələrin metronomu ( müsiqiçilərin müəyyən temp və ya ritmdə çalmasına yardım edən cihaz-red) ilə uyğun gəlmir.

Paşinyanın demokratikləşmə planının əsasını Azərbaycanla sülh sazişi təşkil edir. Hazırda danışıqlar dalana dirənib, lakin Baş nazir sülh müqaviləsi layihəsinin 17 maddəsinin 15-nin artıq tamamlandığını və həll edilməmiş məqamlar üzrə razılığa gəlmək üçün yalnız siyasi iradənin lazım olduğunu vurğulayıb.

Paşinyan vurğulayıb ki, Ermənistan və Azərbaycan fikir ayrılıqlarını vasitəçilik etmədən ikitərəfli qaydada həll etməyə sadiq qaldıqları halda, beynəlxalq ictimaiyyətin diqqəti və dəstəyi çox faydalı olacaq. O, daha sonra Cənubi Qafqazda sülhü Qərb üçün “asan dəriləcək meyvə” kimi təsvir edib”.

Məqalədə bildirilir ki, Tramp administrasiyasının Paşinyanın sülh sazişi ilə bağlı çağırışına qulaq asacağı dəqiq deyil:

“Qeyd edək ki, Paşinyanın Vaşinqtondakı proqramına Tramp administrasiyasının yüksək rütbəli rəsmisi ilə bir nəfər də olsun şəxsi görüşü daxil olmayıb. Onun qərar qəbul edənlərlə ictimai əlaqələri Kapitolidə Konqresin nümayəndə heyəti ilə görüşlə məhdudlaşıb.

Administrasiyanın laqeydliyi Paşinyanın Vaşinqtonda üzləşdiyi problemin yalnız bir hissəsidir. Onun “sülh proqramı” ölkə daxilində və diaspordakı ermənilər arasında şiddətli müqavimətlə üzləşir. Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq planının əsas elementi keçmişə nəzər salıb gələcəyə fokuslanmaq və ya onun dediyi kimi yeni, boş və təmiz səhifə ilə yeni dövr açmaqdır.

Aparıcı diaspor qrupu olan Erməni İnqilabi Federasiyasının yaydığı sərt bəyanatda diaspor üzvləri onun Vaşinqtondakı ictimai tədbirlərini boykot etməyə çağırıb. Baş nazir Qarabağdan gedən ermənilərin maraqlarına xəyanət etdiyi üçün də tənqid edilib”.

Xəzər

“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Fevral 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri