Icma.az
close
up
RU
“PAŞİNYAN VƏ PARTİYASI ŞOKDADIR” “Seçkidəki məğlubiyyətdən sonra kəllələr gedəcək”

“PAŞİNYAN VƏ PARTİYASI ŞOKDADIR” “Seçkidəki məğlubiyyətdən sonra kəllələr gedəcək”

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, Ermənistanın ikinci böyük şəhəri Gümrüdə və Parakarda keçirilən seçkilər Nikol Paşinyanın partiyasının gözlədiyi nəticələri verməyib. Gümrüdə hakim partiya birinci olsa da, mer vəzifəsi üçün lazım olan 50 faizdən artıq səsi təkbaşına toplaya bilməyib və nəticədə müxalif koalisiya bu vəzifəyə öz namizədini təyin edə biləcək. Parakarda isə hakim partiya birmənalı məğlub olub.

“AzPolitika” xəbər verir ki, Ermənistanın “Hraparak” qəzetinin öz mənbələrinə istinadla yazdığına görə, Gümrü və Parakarda keçirilən seçkilərin nəticələri Baş nazir Nikol Paşinyanı və onun “Mülki Müqavilə” partiyasını şoka salıb.

Nəşrin qeyd etdiyinə görə, hakim partiyanın rəhbərliyi seçki gecəsini yuxusuz keçirib, onların bəziləri Gümrü meri olmağa namizəd Sarik Minasyanın qərargahında, qalanları isə İrəvanda olub və baş verənlərin səbəblərini anlamağa çalışıblar: “Yuxarıdan məğlubiyyəti vicdanlı və ədalətli seçkilərin nəticəsi kimi təqdim etmək, əvvəlki hakimiyyətdən fərqli olaraq, seçkiləri saxtalaşdırmadıqlarını bildirməklə bağlı göstərişlər verilib. Lakin hakim partiya Gümrüdə elektrik enerjisinin kəsilməsi, ordunun və inzibati resursların cəlb edilməsi yolu ilə klassik erməni seçkiləri təşkil etdiyindən 50%+1 səs qazanacağını gözləyirdi”.

Nəşr qeyd edir ki, son aylarda Ermənistan hakimiyyəti Gümrüyə çoxlu enerji və resurs yatırıb, onlar respublikanın hər yerində yaşayan Gümrü sakinlərini, onların qohumlarını səsverməyə cəlb ediblər, hətta seçkilərdə iştirak etmək üçün 15-20 avtobus da gətirilib: "Hakimiyyətin bu misilsiz fəaliyyəti 2021-ci il seçkilərindəki fəallığın təxminən iki dəfə yüksək olmasına səbəb oldu. Əgər o zaman bələdiyyə seçkilərində 26 minə yaxın insan iştirak edibsə və baryer 1400 səs idisə, bu dəfə hətta ən az səs toplayan "Ana Ermənistan" bloku da 2800 səs toplayıb".

Qeyd edək ki, seçki günü, martın 30-da erməni parlamentinin hakim partiyadan olan deputatı Vilen Qabrielyan Gümrüdə sərxoş vəziyyətdə jurnalistləri təhqir edib, onların ünvanına bir sıra nalayiq ifadələr işlədib. O, mandatından imtina edib-etməyəcəyi barədə suala cavab verərkən isə “bu və ya digər şəkildə, 2026-cı ildə hakimiyyət dəyişəcək, niyə indi mandatdan imtina edim” deyə cavab verib. Paşinyan və hakim partiya deputatın bu davranışlarının təxribat olduğu və hakimiyyətə qarşı əvvəlcədən planlaşdırıldığını düşünür.

“Partiya üzvləri bundan bir gün əvvəl Vilenin müəyyən dairələrin göstərişi ilə hakim qüvvəni gözdən salmaq üçün Gümrüyə getdiyini qeyd ediblər”, – qəzet yazır və əlavə edir ki, Qabrielyanın davranışı ilə bağlı məsələ hakim partiyanın idarə heyətində müzakirə olunacaq.

Öz növbəsində Vilen Qabrielyan sosial şəbəkələrdə yazıb ki, Gümrüdəki qalmaqallı davranışından sonra mandatından imtina edir. Deputat eyni zamanda, Mülki Müqavilənin İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyini irəli sürəcəyini də qeyd edib.

Qəzet yazır ki, Gümrü və Parakarda keçirilən qalmaqallı seçkilərdən sonra Paşinyan yaxın vaxtlarda hakim partiyada köklü dəyişikliklər etməyi planlaşdırır. Yazıda iddia olunur ki, Paşinyan hamıdan narazı olduğunu göstərmək istəyir və bu seçkidən əvvəl “Mülki müqavilə” qalib gəlməsə, “başlar gedəcək” deyə verdiyi vədi yerinə yetirmək fikrindədir.

Nəşr qeyd edir ki, Ermənistanın Baş naziri Qabrielyanla birgə Andranik Köçəryanı da partiyadan və parlamentdən artacaq. Görünən odur ki, sözügedən seçkidəki məğlubiyyət Paşinyan üçün gələn il keçiriləcək parlament seçkisi öncəsi həyəcan siqnalı olub.

C.Məmmədov

“AzPolitika.info”  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 Aprel 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri