Icma.az
close
up
RU
Paşinyana hərbi mesaj: Rusiya Ermənistandakı bazasını niyə gücləndirir?

Paşinyana hərbi mesaj: Rusiya Ermənistandakı bazasını niyə gücləndirir?

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın "Hraparak" qəzeti Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasını gücləndirməsi barədə məlumat yayıb. Xəbərə əsasən, son həftələr Gümrüdəki bazaya çoxlu sayda hərbi texnika və sursat gətirilib. Bunun hansı məqsədlə edildiyi hələlik məlum olmasa da, versiyalardan birinə görə, Moskva Ermənistanın ondan uzaqlaşmasını həzm edə bilmədiyi üçün bu addımı atır və regionda mümkün dəyişikliklərə hazırlaşır. Nəşr həmçinin iddia edir ki, Ermənistan hakimiyyəti baş verənlərdən xəbərdardır, lakin vəziyyəti açıq şəkildə şərh etmir.

Bəs, Rusiya Ermənistanda hərbi mövcudluğunu niyə artırır və bunun region üçün fəsadları ola bilər?

Mövzu ilə bağlı Oxu.Az-a danışan sabiq deputat, siyasi şərhçi Yusif Bağırzadə bildirib ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildə yaradılıb və sazişə uyğun olaraq 25 il üçün nəzərdə tutulmuşdu:

"Yəni 2020-ci ildə artıq müqavilənin vaxtı bitməli idi. Lakin Medvedev Rusiya prezidenti olduğu dönəmdə 2010-cu ildə yeni saziş imzalandı və Ermənistanda Rusiya hərbi bazasının mövcudluğu 2044-cü ilə qədər uzadıldı. Bu hərbi bazada şəxsi heyətin sayı 5000 nəfərdən ibarətdir və bu, Ermənistanla imzalanmış ikitərəfli müqavilədə də əks olunub. Bundan başqa hərbi bazadakı texnika sayı da məlumdur. Bura "S-300" hava hücumundan müdafiə raket sistemi, "MiQ-29" döyüş təyyarələri, "Mi-24P" və "Mi-8MT" helikopterləri, həmçinin "T-72" tankları, "BMP-1" piyada döyüş maşınları, "2S1" özüyeriyən haubitsaları, "BM-21 Qrad" reaktiv yaylım atəşi sistemləri və "Smerç" batareyaları daxildir. Lakin 2023-cü ildə bu hərbi texnikanın bir hissəsi və eləcə də şəxsi heyətin təqribən 1500 nəfəri Ukrayna cəbhəsinə cəlb olundu. İndi isə Ermənistanın açıq şəkildə qərbyönümlü siyasət yürütməsi, Rusiyaya qarşı mövqeyi Moskvanı Ermənistandakı hərbi mövcudluğunu artırmağa vadar edir".

"Düşünürəm ki, Rusiya ən yaxşı halda iki il əvvəl məcburiyyət qarşısında 102-ci bazadan çıxarılan texnika və şəxsi heyətin yerini doldurmaq istiqamətində addımlar ata bilər. Sazişdə nəzərdə tutulandan əlavə qüvvənin cəlb olunması indiki halda Ukrayna ilə müharibənin davam etdiyi müddətcə Rusiyanın özü üçün də çətindir. Üstəlik Ermənistan hakimiyyətinin də buna imkan verəcəyi inandırıcı deyil. Çünki Paşinyan da kifayət qədər yaxşı başa düşür ki, 102-ci bazaya əlavə əsgər və texnika yığmaq ilk növbədə Ermənistanın özü üçün təhlükədir", - ekspert vurğulayıb.

Müsahibimiz əlavə edib ki, Rusiyanın Ermənistanda və ümumiyyətlə regionda hərbi mövcudluğunu artırması və ya qorumaq istəməsi Ermənistana və o cümlədən də regiona təsir imkanlarını əldən verməməyə hesablanıb:

"Rusiya Ermənistanda hərbi baza vasitəsilə ilk növbədə son dövrlərdə aktiv şəkildə Rusiyadan uzaqlaşma yolu tutan, hətta KTMT-dən belə çıxmaqla bağlı rəsmi olaraq qərar verməyə hazırlaşan Ermənistan hakimiyyətini təzyiq altında saxlamaq istəyir. Təbii ki, vəziyyətdən asılı olaraq çevrilişə dəstək və təxribatlarda da hərbi bazadan istifadə olunması ehtimalları var. Üstəlik, Rusiyanın imperiya maraqları və ambisiyaları da məlumdur ki, bu da 102-ci hərbi bazanı təkcə Ermənistan üçün yox, eləcə də Cənubi Qafqaz regionu üçün təhlükəyə çevirir".

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 İyul 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri