Paşinyana qarşı daxili savaş: Təxribat və sui qəsd planlarını belə poza bilər...
Icma.az, Sitat.info saytına istinadən bildirir.
"Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının gecə saatlarında Eçmiədzində hərbi hissəyə basqın edərək yüksək rütbəli hərbçiləri həbs etməsinin arxasında çevriliş planlarının qarşısını almaq dayana bilər. Radikal qüvvələr gələn ilin iyununda keçiriləcək parlament seçkilərində baş nazir Nikol Paşinyan üzərində qələbə qazanacaqlarına ümidli deyillər. Kreml də bunu anlayır və Paşinyanı seçki yoluyla hakimiyyətdən uzaqlaşdıra biləcək siyasətçi tapa bilmir, tapdıqlarını da baş nazir müxtəlif üsullarla nüfuzdan salır".
Sitat.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Paşinyan radikalların bir qismini həbsdə saxlayır, digərlərinə qarşı məhkəmə çəkişmələrinə üstünlük verib, kilsəni isə parçalamaq yolunda iri addımlarla irəliləyir: "Ancaq bunlardan daha təhlükəlisi ordu içərisində ona qarşı qiyam planlaşdıran zabitlərdir ki, onlar Rusiya kəşfiyyatına bağlıdırlar. Görünür, növbə onlara çatıb. Paşinyan ona qarşı təxribat və ya sui-qəsd hazırlayanların planlarını parlament seçkilərini erkən tarixə təyin etməklə poza bilər. Bu Azərbaycanla sülh sazişinin imzalanmasını da sürətləndirərdi".
Sitat.info
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:87
Baxış sayı:87 Bu xəbər 31 Oktyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 31 Oktyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















