Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh sazişinin imzalanması prosesini sürətləndirmək üçün yeni Konstitusiya qəbul etməyə hazırlaşdığı iddia olunur.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin məlumatına görə, Paşinyan ötən gün sülh sazişinin mümkünlüyü və ona necə nail olmaq barədə açıqlama verib. O, Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslarından sonra sülh sazişinin tezliklə imzalanmasının mümkün olduğu qənaətinə gəldiyini bildirib və bunun yollarını izah edib.
Bundan əvvəl isə hakim “Vətəndaş müqaviləsi” partiyasının idarə heyətinin iclasında ədliyyə naziri Srbuhi Qalanyan yeni Konstitusiya layihəsi ilə bağlı məsələləri təqdim edib.
“Hraparak” qeyd edir ki, bu, Konstitusiya islahatları üzrə komissiyanın üzvü Daniel İoannisyanın komissiyanın uzun müddətdir iclas keçirmədiyini və Konstitusiyanın mətninin hələ hazır olmadığını bildirməsinə baxmayaraq baş verib.
Nəşrin yazdığına görə, hakimiyyət daxilində müzakirə olunan iddialardan biri də budur ki, Azərbaycan Paşinyana sülh sazişini mümkün qədər tez hazırlamaq üçün vaxt verib. Bu versiyaya əsasən, prosesin irəliləməsi üçün ilk növbədə maneə kimi təqdim olunan mövcud Konstitusiya məsələsi həll edilməli və yeni Konstitusiya qəbul olunmalıdır.
“Hraparak” iddia edir ki, Paşinyanın son çıxışı və hakimiyyətin atdığı digər addımlar da bu prosesə zəmin hazırlamağa xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 15 Oktyabr 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















