Icma.az
close
up
RU
Paşinyandan ayrılan Akopyanın vida paylaşımı: Məni təhqir etməyin VİDEO

Paşinyandan ayrılan Akopyanın vida paylaşımı: Məni təhqir etməyin VİDEO

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinuyanın həyat yoldaşı Anna Akopyan ayrıldıqlarını rəsmən elan edib.
Akopyan bununla bağlı “facebok”da paylaşım edərək bir sıra məqamlara aydınlıq gətirib:
“Artıq qeyd etdiyim kimi, Baş nazir Nikol Paşinyanla evliliyim başa çatdı. Rəsmi nikahdan bəhs etdiyim üçün bir az çaşqınlıq yarandı. Bunu başqa nikahımız olmadığı üçün dedim. Bu gün, 25 fevral (qeyd edək ki, bu gün 27 fevraldır; video, ehtimal ki, iki gün əvvəl çəkilib və indi yayılıb - red.), hökumət iqamətgahını tərk edirəm.
Lakin yaxın gələcəkdə taksi sürücülərinin və ictimai nəqliyyatda olan müxtəlif naməlum şəxslərin mənim haqqımda, xüsusən də guya bu evi necə "yerlə yeksan" edib özümlə apardığım barədə hər cür məlumatı inamla yayacağı gözlənildiyi üçün sizə bir neçə faktı şəxsən bildirməyi zəruri hesab edirəm.
Birinci fakt: Mənim evim yoxdur. İpoteka ilə aldığımız ev hələ tikinti mərhələsində olarkən alınıb. Buna görə də kirayə mənzilə köçəcəyəm. Əgər kimsə mənə dollar milyonçusu olduğumu, dollarla ofşor hesablarımın, bilmirəm, saraylarımın və sair olduğunu desə, evin satışından bank hesabımda bir qədər pul qaldığını qeyd etmək lazımdır - dəqiq məbləği xatırlamıram, çünki heç vaxt araşdırmağa vaxt ayırmıram; bir hissəsi şəxsi ehtiyaclarıma xərclənib. Həmçinin "Mənim Addımım" Fondundakı maaşımdan yığdığım vəsaitlər də var.
Bunu xatırlayıram, çünki hər hesab açanda 5 milyon dram görürəm. Düşünürəm ki, bu, dolanışığım üçün kifayətdir. Maşınım yoxdur və təbii ki, dövlət təhlükəsizliyim də olmayacaq. Ona görə də, məni Yerevanın küçələrində tək gəzdiyimi görsəniz, xahiş edirəm təəccüblənməyin və həmçinin xahiş edirəm ki, məni təhqir etməyin, çünki son səkkiz ildə artıq kifayət qədər təhqir eşitmişəm.
"Mənim Addımım" Fondunun icraçı direktoru vəzifəsində işləməyə davam etmək istəyirəm, çünki bu, çox ehtiyac duyduğum maaşlı bir vəzifədir. Lakin düşünürəm ki, təkcə istəyim kifayət etməyə bilər. Bundan əlavə, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi ilə jurnalist arasında dünənki söhbətə əsasən, "Mənim Addımım" Fondunun icraçı direktoru kimi cinayət məsuliyyətinə cəlb oluna bilərəm. Həyat belədir - bu, bir ehtimaldır. Görərik". (Publika.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Fevral 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri