Paşinyandan dövlət qurumlarına Rusiya ilə bağlı MÜHÜM TAPŞIRIQ KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanın dövlət qurumlarına Rusiya ilə əlaqələri gücləndirmək tapşırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Past” qəzeti öz mənbələrinə istinadən yazıb.
Nəşr bildirir ki, hakimiyyət xarici siyasətdə qəfil dəyişikliklərin mənfi nəticələrə səbəb ola biləcəyini anlayıb. Ona görə də, dövlət qurumlarına Rusiya ilə əlaqələri gücləndirmək tapşırılıb.
Nəşrin yazdığına görə, Milli Assambleya, Xarici İşlər Nazirliyi və digər qurumlara rusiyalı həmkarları ilə mümkün qədər əlaqələri aktivləşdirmək, görüşlərdə və işgüzar səfərlərdə iştirak etmək, görüşlərə başlamaq, bir sözlə, münasibətləri normallaşdırmaq tapşırılıb.
Qəzet qeyd edir ki, hökumət dairələrində xarici siyasətdə, xüsusən də iqtisadi sahədə qəfil dəyişikliklərin mənfi nəticələri ilə bağlı müzakirələr intensivləşir.
Qeyd edək ki, son 2-3 ildə Ermənistanla Rusiya arasında münasibətlər xüsusilə hərbi-siyasi sahədə nəzərəçarpacaq dərəcədə soyuyub. İrəvan Moskva ilə təmasları azaldıb, KTMT-yə üzvlüyün dondurulduğunu bəyan edib və bir sıra inteqrasiya proseslərindən uzaqlaşıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 04 Mart 2025 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















