Icma.az
close
up
RU
Paşinyandan Ermənistanı silkləyən sözlər: Bunu SSRİ etdi, 44 günlük müharibəyə qədər...

Paşinyandan Ermənistanı silkləyən sözlər: Bunu SSRİ etdi, 44 günlük müharibəyə qədər...

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“1990-cı il avqustun 23-də Ermənistan SSR Ali Soveti Ermənistanın Müstəqillik Bəyannaməsini qəbul etdi. Həmin sənəd müstəqil dövlətçiliyimizin, Ermənistan Respublikasının yaradılması prosesinin başlanğıcını qoydu”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.

Baş nazir bildirib ki, bəyannamənin əsas ideoloji müddəları bir-birinə zidd idi:

“Sənəd mahiyyət etibarı ilə, qəbul olunduğu dövrdə Ermənistanda fəaliyyət göstərən siyasi və intellektual elitanın kollektiv əhval-ruhiyyəsini ifadə etdi, cəmi iki il əvvəl başlayan və öz zirvəsinə çatan Qarabağ hərəkatının möhürünü daşıdı və yenicə formalaşan müstəqil Ermənistan Respublikasının əsas xüsusiyyətlərini əvvəlcədən müəyyənləşdirəcəkdi. Sovet İttifaqı kollektiv vətənpərvərlik moderlini zərrə-zərrə bizə aşılayırdı. Sovetlərin biz ermənilər üçün formalaşdırdığı o vətənpərvərlik modeli İkinci Dünya Müharibəsində qalib gələn və Şimali Atlantika Alyansı ilə münaqişəyə girmiş SSRİ-nin ambisiyalarının cənub-qərb istiqamətini ifadə edirdi. Həmin model isə Ermənistan SSR-də mövcud olan vətənpərvərlik hisslərinin respublika ərazisindən çıxarılmasını təmin etmək, onun yerli-yerində ifadə olunmasının qarşısını almaq məqsədi daşıyırdı.

Həmçinin oxuyun:

Prezident Şərqi Zəngəzurdan mühüm mesajlar verdi – VİDEO

Bu ideologiya onilliklər ərzində kitablar, filmlər, tamaşaları vasitəsilə bizə aşılanıb və nəticədə Qarabağ hərəkatına gətirib çıxarıb. Hamımız SSRİ-nin formalaşdırdığı sosial-psixologiyanın 90-cı illərdə Ermənistan Respublikasında yaşayan nəsillərə ötürülməsinin daşıyıcısı idik”.

Paşinyan Qarabağ hərəkatının davam etdirilməməli olduğunu qeyd edib:

“Hörmətli vətəndaşlar, baş nazir səlahiyyətlərim sayəsində əldə etdiyim məlumat və analizlər məni bu qənaətə gətirdi. Çünki bu, ölkəmizin müstəqlliyi üçün təhlükədir. Bu gün son 7 ildəki qərarlarımızı nəzərdə keçirərək bir suala cava axtarıram? Biz niyə 2020-ci ilin sentyabrına qədər güzəştə getmədik? Bu, bizim yeganə fürsətimiz idi, etsəydik, 44 günlük müharibədən qaça bilərdik.

Hazırda ölkəmizin müstəqilliyini qorumaq üçün yeni strategiya müəyyənləşdirmişik. Bu, “Real Ermənistan” ideologiyasıdır. Onun nəticəsində Azərbaycanla sülh mümkün oldu, Türkiyə ilə dialoqu bərpa etdik”.

Əliyar Xəlil
Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Avqust 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see355

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see338

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see327

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see291

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see279

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see275

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see263

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see248

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see239

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see237

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see236

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see229

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see223

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see220

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see214

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see204

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see202

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see196

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see196

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri