Paşinyandan əsgər yaxınlarını məyus edən açıqlama
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistan hökuməti hərbi xidmət müddətinin azaldılmasının 2026-cı ilin yanvarınadək çağırılanlara şamil edilməsini mümkün saymır.
Modern.az xəbər verir ki, bu barədə Armenpress məlumat yayıb.
Məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan bu məsələyə Geğarkunik vilayətinin Vardenis icmasının Geğamasar yaşayış məntəqəsində hərbçinin valideyninin sualını cavablandırarkən toxunub.
2026-cı ilin yanvarınadək çağırılanlar üçün xidmət müddətinin 2 ildən 1,5 ilə endirilməsinin mümkün olub-olmaması ilə bağlı suala cavab verən Paşinyan bildirib ki, bununla bağlı qərar yoxdur: “Bu məsələ üzrə qərar yoxdur. Biz bunu edə bilmərik, xidmət planı var. Bu, ordunun funksionallığının pozulması demək olardı. Qoy bu gənclər sülh dövründə xidmət etsin və geri qayıtsınlar. Sülh dövründə onlar normal xidmət edirlər, bu məsələ ilə bağlı narahat olmağa ehtiyac yoxdur”.
O qeyd edib ki, bu məsələni müdafiə naziri ilə müzakirə edib və nəticədə belə bir qərarın mümkün olmadığı qənaətinə gəliblər.
Baş nazir əlavə edib ki, hərbi xidmət müddətinin azaldılması 2021-ci ildə “Vətəndaş müqaviləsi” partiyasının seçki vədlərindən biri olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 29 Aprel 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















