Paşinyandan ETİRAF: “Ermənistan sülh şəraitində yaşamağa hələ alışmayıb”
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Bir daha bildirmək istəyirəm ki, Ermənistan və Azərbaycan arasındakı sülh artıq mövcud reallıqdır. Eyni zamanda sülhün bizim üçün yad bir vəziyyət olduğunu da qəbul etməliyik. Yəni Ermənistan sülh şəraitində yaşamağa hələ alışmayıb”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı il dövlət büdcəsi üzrə ilkin müzakirələr zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistan Respublikası üçün sülhün nə demək olduğunu anlamaq çətindir, çünki ölkəmiz müstəqilliyinin ilk günündən etibarən konflikt vəziyyətində olub:
“Müstəqillikdən əvvəlki qısa dövrü də nəzərə alsaq, əslində biz münaqişə mühitində yaşamışıq. Sülh şəraitində yaşamaq, sülhə uyğun düşüncə və davranış tərzini formalaşdırmaq asan məsələ deyil. Bu problemi həll edərkən çox diqqətli olmalıyıq və bu, sülhə qayğı göstərmək baxımından vacib bir komponentdir.
Biz mövcud sülhə diqqət yetirməliyik ki, o möhkəmlənsin və daha institusional xarakter alsın.
Təbii ki, bu işdə biz Azərbaycanla diplomatik kanallar vasitəsilə əməkdaşlığa davam edirik. Həmçinin müxtəlif səviyyələrdə kontaktlar yaranır. Azərbaycanla münasibətlərimiz gündəlik həyatımızın ayrılmaz hissəsi olub”./Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 27 Oktyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















