Paşinyandan gecikən etiraf: “Qarabağı Azərbaycanın tərkib hissəsi kimi daha əvvəl təsdiqləməliydik”
Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı qərarı daha tez verməli idik”.
Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Bəli, mən 2022-ci ildə Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın onun tərkibində olduğunu tanıdım. Amma bu qərar çox daha əvvəl verilməli idi. Təəssüf ki, bu məsələ ilə bağlı gecikdik və bu, həm Ermənistan, həm də bölgə üçün ciddi nəticələr doğurdu.”
Paşinyanın bu etirafı, onun sülh prosesində son dönəmlərdə atdığı addımların məntiqi davamı kimi qiymətləndirilir.
O, bir tərəfdən Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu rəsmən qəbul etdiyini xatırladır, digər tərəfdən isə bu mövqeyin vaxtında qəbul edilməməsinin yaratdığı siyasi və humanitar fəsadlara işarə edir. Bu açıqlama Ermənistan cəmiyyətində və siyasi dairələrdə ciddi rezonans doğura bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 16 İyul 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















