Icma.az
close
up
RU
Paşinyandan GÖZLƏNİLMƏZ ETİRAF Ermənistanın “yaşamaq” üçün son bir ŞANSI QALDI...

Paşinyandan GÖZLƏNİLMƏZ ETİRAF Ermənistanın “yaşamaq” üçün son bir ŞANSI QALDI...

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Ermənistanın baş naziri Nikol Paşinyan yenə Zəngəzur dəhlizindən danışıb. Şənbə günü o etiraf edib ki, bizə sağ qalmaq yox, yaşamaq lazımdır:
"Bu dəmir yolu bizə zərər verməyəcək, əksinə, bizə milyardlarla mənfəət, təhlükəsizlik, suverenlik, ərazi bütövlüyü, yurisdiksiya və qarşılıqlılıq gətirəcək".

MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Ermənistan bu əraziləri Azərbaycana verir - VİDEO

Paşinyan niyə yenidən Mehri üzərindən keçməli olan dəhlizdən danışdı?
Xatırladaq ki, aprelin 11-də Baş nazirin müavini Şahin Mustafayev və ölkəmizdə səfərdə olan İranın yol və şəhərsalma naziri Fərzanə Sadeqi İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvanı birləşdirəcək Zəngilan rayonunun yaxınlığında Araz çayı üzərində tikintisi davam edən Ağbənd-Kəlalə avtomobil yolu körpüsündə olublar.
Onlar Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçiriblər. Səfər zamanı Ağbənd körpüsünün 2026-cı ilin əvvəllərində istifadəyə verilməsi və onun istismarının asanlaşdırılması istiqamətində planlar nəzərdən keçirilib.
Qərara alınıb ki, sərhəd körpüsünün tikintisi bu ilin noyabr ayınadək başa çatdırılsın və açılışa hazır olsun.
Eyni zamanda, İran ərazisində yerləşən sərhəd terminalının müvəqqəti istismarı üçün zəruri tədbirlərin görülməsi və terminalın 2026-cı ilə qədər tam istifadəyə verilməsi razılaşdırılıb.
Bundan əlavə, bu ilin sonuna kimi həm yük, həm də minik avtomobillərin hərəkətinin bərpa olunması planlaşdırılır.
Səfər zamanı Baş nazirin müavini Şahin Mustafayev bildirib ki, bu körpü Azərbaycanın əsas ərazisi Şərqi Zəngəzur iqtisadirRayonu ilə Naxçıvanı birləşdirən ən qısa yol olacaq. Körpü Şərq-Qərb nəqliyyat dəhlizinin əsas komponentlərindən biri olacaq, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin funksional imkanlarını genişləndirəcək. Fars körfəzi ilə Qara dənizi birləşdirən ən əlverişli marşrut olacaq.
İrəvan təşvişdə
Bu açıqlama və Azərbaycanla İran arasındakı faydalı əməkdaşlıq rəsmi İrəvanı ciddi şəkildə təşvişə salıb. Paşinyan və onun komandası anlayıblar ki, Ermənistan öz bəsit ambisiyaları və xarici oyunçuların təhriki ilə növbəti dəfə qlobal beynəlxalq layihədən kənarda qalır. Bu isə Ermənistan üçün iqtisadi fəlakətdir. Ona görə Paşinyan deyib ki, “bizə sağ qalmaq yox, yaşamaq lazımdır”. Ermənistanın yaşaması isə qonşularla dinc və səmərəli əməkdaşlıqdan keçir.
Çox təəssüf ki, Ermənistandakı ultramillətçi dəstələrin şovinist çağırışları və Qərbin basqıları bu ölkəni fəlakətə sürükləyir.
Nəzərə alaq ki, 10 noyabr Anlaşmasında icrası vacib olan məsələlərdən biri də iki ölkə arasında kommunikasiyanın bərpası idi. Lakin Ermənsitanın məsuliyyətsizliyi üzündən anlaşmanın bir sıra bəndləri kimi bu öhdəlik də icra edilmədi. Ona görə də Azərbaycan İranla razılığıa gələrək Şərqi Zəngəzur iqtisadi rayonunun Naxçıvanla birləşdirəcək yeni dəmir və avtomobil yolunun inşasına başladı. Artıq tikinti işləri son mərhələdədir.
Ağbənd-Naxçıvan dəhlizi hansı imkanlar vəd edir?
Bəri başdan deyək ki, bu marşrut həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliiyyat dəhlizləri üçün unikal imkanlar açacaq. Ona görə də Azərbaycan və İran dövlətləri buna təkcə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvanı birləşdiriləcək layihə kim baxmır. Bu layihə regionda yeni reallıqlar və çox böyük iqtisadi dividendlər vəd edir.
Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvanla birləşdirəcək bu marşrut Şərq-Qərb nəqliyyat dəhlizinin vacib seqmenti olacaq. Bu həm də Şimal-Cənub nəqliyyat dəhlizinin vacib tərkib hissəsidir. Kəlalə-Ağbənd körpüsü yaxın gələcəkdə Fars körfəzini Qara dənizə birləşdirən ən əlverişli bir marşruta çevriləcək. Yeni salınmış avtomobil yolları vasitəsi ilə Ağbənd-Cəbrayıl- Ağdam-Yevlax-Qazax marşrutu ilə Qara dənizə yeni çıxış imkanı yaradılacaq.
Bir ildən sonra isə Ağbənd-Qubadlı-Laçın- Kəlbəcər- Göygöl-Gəncə-Qazax istiqamətində yeni marşrut işə salınacaq. Beləcə, Fars körfəzindən çıxan yüklər 40-45 saat ərzində asanlıqla Avropanın qapısına çatdırılacaq. Bu isə Avrasiyada ən səmərəli və qısa yol olacaq.
Yaxın aylarda...
Unutmayaq ki, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvanı birləşdirəcək yol daha perspektivli və əlamətdardır. Çünki bu marşurut üzrə avtomobillə yanaşı dəmir yolu daşımaları da mümkün olacaq. Bu da Şərqlə Qərb arasındakı daşımalarda güclü rəqabət yaradacaq.

Ən başlıcası, bu layihələrdən Azərbaycan və İran böyük iqtisadi və siyasi dividendlər əldə edəcək. Ermənistansa bir daha proseslərdən və dividendlərdən kənarda qalacaq. Ona görə də Azərbaycan-İran hökumətlərarası komissiyasının görüşündən cəmi bir gün sonra Paşinyan narahatlığını dilə gətirib.

Paşinyan son fikirləri ilə Azərbaycana mesaj verib ki, Zəngəzur dəhlizinin açılmasına Ermənistan hazırdır. Amma Paşinyan bir məsələni unudur ki, artıq gecdir və Azərbaycan öz istədiyinə nail olub. Avrasiyanın unikal nəqliyyat dəhlizini Azərbaycan yaxın aylarda dünyaya təqdim edəcək./Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Aprel 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri