Paşinyandan Medvedevə cavab: Ukrayna da Rusiyanı partladır
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
“Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin “ən dəhşətlisi Ermənistanın yeni Ukraynaya çevrilməsidir” sözü mənim üçün anlaşılmazdır”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə deyib.
Hökumət başçısı çıxışında Ukraynanın Rusiyanın dərinliklərinə hava zərbələri fonunda baş verən partlayışlara da diqqət çəkib:
“Ermənistan artıq belə bir təhlükə ilə üzləşib və o zaman KTMT Ermənistan qarşısındakı öhdəliklərini yerinə yetirməyib. Cənab Medvedev niyə belə şey deyib? Belə bir bəyanat da səsləndirilə bilər ki, Ermənistan birdən-birə yeni Rusiyaya çevrilməsin, çünki Rusiyanın müxtəlif yerlərində (Ukraynanın uzaqmənzilli zərbələri fonunda - red.) partlayış səsləri eşidilir. Bu, yaxşı janr deyil. Ermənistan getdikcə daha suveren dövlət olacaq”.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bundan əvvəl Ermənistan haqda danışarkən bildirmişdi ki, ən dəhşətlisi Ermənistanın yeni Ukraynaya çevrilməsidir./teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 08 Oktyabr 2026 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















