Icma.az
close
up
RU
Paşinyandan Putinə tərs cavab: Vəziyyət yenidən dəyişdi

Paşinyandan Putinə tərs cavab: Vəziyyət yenidən dəyişdi

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir müddətdir "rusiyapərəst mövqe”dən çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyan yenidən dəyişikliyə gedib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Nəşr bildirir ki, son həftələrdə Paşinyanın ritorikasında qəribə təzahürlər müşahidə olunur:

“Xüsusilə, Paşinyanın xarici siyasi vektoru dəyişmək istiqamətində atdığı addımların birdən-birə “Rusiyaya şiddətli sevgi” ilə əvəz olunduğu göründü. Çoxları belə fikirlər səsləndirdi ki, bu “rus sevgisi” uzun sürə bilməz, Qərb nə vaxtsa Paşinyana öz yerini göstərəcək, ona tapşırılanları yerinə yetirməyə başlayacaq.

Dünən Paşinyan Ermənistan-Rusiya münasibətlərinə yeni daşlar atmaqla Qərbə sevgisini ifadə etməyi bacardı. Baş nazir Rusiya Prezidenti Vladimir Putinin KTMT-nin qapılarının Ermənistanın üzünə açıq olması fikrinə cavab verərkən söylədi ki, biz artıq özümüzü KTMT-dən kənarda hesab edirik. Paşinyanın fikrincə, dönməzlik məqamı artıq keçib.

Həmçinin Ermənistan başçısı Avrasiya İqtisadi Birliyinin sammitinin Ermənistanda keçirilməsini yersiz hesab etdiyini dedi. Onun sözlərinə görə, AİB Ali İqtisadi Şurasının Ermənistan üçün arzuolunmaz üzvləri var.

Əslində, Paşinyan bu açıqlamaları ilə yenidən Qərbə mesaj verir ki, o, bütün tapşırıqları sakitcə yerinə yetirir və ona toxunmağa ehtiyac yoxdur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 05 Dekabr 2024 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri