Icma.az
close
up
RU
​Paşinyandan “qaz”lı bəyanat Baha olsa da diversifikasiya edəcəyik

​Paşinyandan “qaz”lı bəyanat Baha olsa da diversifikasiya edəcəyik

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan təbii qazın qiymətində olası artımlara baxmayaraq, ölkəsinin qaz təchizatı mənbələrini diversifikasiya etmək siyasətini davam etdirəcəyini bəyan edib.

“AzPolitika” xəbər verir ki, jurnalistlərə keçirdiyi brifinqdə Paşinyan qazın qiymət artımının vətəndaşlara əlavə yük olacağı ilə bağlı suala cavab verərkən mövqeyini qətiyyətlə ifadə edib: "Hər şeyə baxmayaraq diversifikasiya edəcəyik. Daha baha olsa da, olmasa da, nə baş verirsə versin, diversifikasiya edəcəyik. İkinci bir mənbədən qaz almaq imkanı varsa, o yolu tutacağıq. Üçüncü bir yerdən gətirmək imkanı varsa, o yolu izləyəcəyik. TRIPP layihəsi çərçivəsində Ermənistandan keçəcək və tranzit ödənişləri alacağımız bir qaz boru kəməri imkanı yaranarsa, o yolu da seçə bilərik. Bütün olası ssenarilərdə nə edəcəyimizi düşünürük".

Baş nazir "Qazprom Ermənistan"ın mənfəətlə çalışan bir şirkət olduğunu vurğulayaraq qeyd edib ki, Ermənistanda təbii qaz ucuz deyil: "Sərhəddən istehlakçıya qədər olan məsafədə qiymət artımının digər ölkələrlə müqayisədə ən yüksək olduğu yer Ermənistandır".

Diversifikasiyanın dövlət müstəqilliyi üçün vacib olduğunu bildirən Paşinyan əlavə edib: "Diversifikasiya etməyəcəyimiz heç bir sahə yoxdur. Siyasi qərarımız müstəqilliyimizi və dövlət quruluşumuzu inkişaf etdirməkdir. Qalanları cari məsələlərdir və müəyyən vəziyyətlər xüsusi həllər tələb edə bilər".

Gözlənilən qiymət artımına toxunan Paşinyan, vəziyyətə adekvat addımlar atılacağını bildirib: "Qiymət artımını tələb edən vəziyyət yaranarsa, biz də öz növbəmizdə qiymətini qaldıra biləcəyimiz və ya indiyədək pulsuz olan xidmətlərə baxacaq, mütənasib qiymət balansı formalaşdıracağıq. Yəni buna normal yanaşırıq, sakit iş şəraitində müzakirə edə bilərik və etməliyik".

AzPolitika.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Sentyabr 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri