Paşinyandan sülhlə bağlı SON DƏQİQƏ AÇIQLAMASI: “Çox yaxınıq…” KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsinin strateji qərarı sülh gündəminə sadiq qalmaqdır və bu istiqamətdə beynəlxalq tərəfdaşlara aydın siqnal göndərməyə çalışır.
KONKRET.az xəbər verir ki, o, bu fikirləri Slovakiyanın baş naziri Robert Fitzo ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.
“Sülh gündəminə sadiqlik bizim strateji seçimimizdir. Ümid edirəm ki, bu günki təqdimat zamanı Ermənistan və Azərbaycan arasında sülhün nə qədər yaxın olduğunu beynəlxalq tərəfdaşlarımızın diqqətinə çatdırmağı və bu mesajı kifayət qədər aydın verməyi bacardım,” – deyə Paşinyan vurğulayıb.
O əlavə edib ki, tarixi sülh sazişi fürsətinin itirilməməsi üçün rəsmi Bakı ilə təmaslar davam etdirilir:
“Bu məsələ üzrə öhdəliklərimizi tam və hərtərəfli şəkildə yerinə yetirməyə hazırıq. Xüsusi olaraq qeyd etmək istərdim ki, bu tarixi fürsətin əldən verilməməsi üçün Azərbaycanla məsləhətləşmələrimizi davam etdiririk.”
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 27 May 2025 04:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















