Icma.az
close
up
RU
Paşinyanı kilsədə vurmaq istəyən gənc həbs edildi İki maddə ilə ittiham irəli sürülüb

Paşinyanı kilsədə vurmaq istəyən gənc həbs edildi İki maddə ilə ittiham irəli sürülüb

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Ermənistan İstintaq Komitəsi bazar günü Müqəddəs Anna kilsəsində baş verən insidentlə bağlı saxlanılan şəxslərə ittiham irəli sürüb.

“AzPoltika” erməni mediasına istinadla xəbər verir ki, saxlanılanların barəsində qətimkan tədbiri hələ müəyyən edilməyib. İstintaq Komitəsinin məlumatına əsasən, David Minasyan barəsində xuliqanlıq və vəzifəli şəxsin qanuni xidməti və ya siyasi fəaliyyətinə müdaxilə maddələri ilə ictimai cinayət təqibi başlanıb. Mikayel Minasyan isə xuliqanlığa yardım etmə və vəzifəli şəxsin qanuni fəaliyyətinə müdaxiləyə yardım maddələri ilə ittiham olunur.

Bundan başqa, Gevorq Gevorqyan barəsində xuliqanlığın təşkili və vəzifəli şəxsin fəaliyyətinə müdaxilənin təşkilinə görə cinayət işi açılıb. Qeyd edək ki, adıçəkilən şəxslər bir gün əvvəl saxlanılıb.

İnsident bazar günü baş verib. Ermənistanın Baş naziri Nikol Paşinyan təhlükəsizlik əməkdaşları və digər rəsmilərin müşayiəti ilə ibadət hələ başa çatmamış kilsədən çıxmağa çalışarkən gərginlik yaranıb. Təhlükəsizlik əməkdaşları Baş nazir üçün yol açmağa çalışdığı zaman izdihamdan bir gənc buna etiraz edib. O, onu itələməməyi tələb edib və yerində qalmaq istədiyini bildirib. “Belə baxma mənə”, – deyə gənc Paşinyana müraciət edib.

Bundan sonra həmin şəxs Baş nazirə əl qaldırmağa cəhd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 31 Mart 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri