Icma.az
close
up
RU
Paşinyanı Qərb, müxalifəti Kreml qoruyur Ermənistanda SEÇKİ SAVAŞI!

Paşinyanı Qərb, müxalifəti Kreml qoruyur Ermənistanda SEÇKİ SAVAŞI!

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa İttifaqı 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı hazırlığa başlayıb. Məlumata görə, Avropa İttifaqı “ProElect” layihəsi vasitəsilə Ermənistanda keçiriləcək seçkilərə hazırlıqla bağlı genişmiqyaslı proqrama start verib.

Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, bu kimi lahiyələrin hər nə qədər demokratiya və insan haqlarına xidmət etdiyi deyilsə də, Qərb bundan müxtəlif ölkələrdə özünə yaxın siyasi qrupların xeyrinə yumşaq güc kimi istifadə edir. 

"Buna görə də iddia edilir ki, Qərb Ukrayna və Moldovada həyata keçirdiyi layihəni Ermənistanda da sınaqdan keçirəcək və Paşinyanı qorumağa çalışacaq. Nikol Paşinyan xüsusilə, 2020-ci il Qarabağ müharibəsindən sonra Rusiya ilə münasibətlərdə gərginlik yaşayır və Ermənistanı Qərbə doğru yönəltməyə çalışır. Bu isə Moskvada qıcıq yaradır. Hazırda Kremlə bağlı olan, Ermənistanda həbsdə olan Samvel Karapetyan fəal siyasi gedişlər edərək müxalifəti bir araya gətirməyə və növbəti seçkidə Paşinyanın qarşısına çıxmağa hazırlaşır. Karapetyan Rusiyanın arxasında durduğu kilsənin, diasporun və “Qarabağ klanı”nın dəstəyinə ümid bəsləyir. Milyarderlə bərabər keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan da fəallaşıb və özlərini Moskvaya sübut edib yenidən hakimiyyətə yiyələnmək istəyirlər".

Politoloq vurğuladı ki, Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmaqla bağlı son zamanlar verdiyi açıqlamalar Moskvanı qorxudur:

“Qərb Rusiyanın müxalifətə dəstək cəhdlərinin qarşısını almaq üçün QHT-lər vasitəsilə əsasən gənclər arasında təbliğat işi aparır. Təbliğatın seçkiyə 8 ay qalmış başlaması onu göstərir ki, burada öncəlik sivil seçkiyə hazırlıq yox, rusmeyilli müxalifətə qarşı hökumətin dəstək qruplarını formalaşdırmaqdır. Bir tərəfdə Rusiyanın, bir tərəfdə isə Qərbin öz siyasi müttəfiqlərinə bu şəkildə dəstək verməsi Ermənistanda 2026-cı il seçkilərinin qalmaqallı keçəcəyi gerçəyini ortaya qoyur”.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Sentyabr 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see238

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see224

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see192

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see174

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see165

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see150

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see146

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see144

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see135

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see133

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see132

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see130

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

12 Dekabr 2025 00:17see128

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see127

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri