Icma.az
close
up
RU
Paşinyanın adamı Gümrüdə seçki saxtakarlığı EDİR “Joğovurd” Yeni Çağ Media

Paşinyanın adamı Gümrüdə seçki saxtakarlığı EDİR “Joğovurd” Yeni Çağ Media

Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mart ayında Ermənistanda keçiriləcək mer seçkilərində hakim “Vətəndaş Müqaviləsi” (VM) partiyasının namizədlər siyahısına rəhbərlik edəcək Gümrü meri vəzifəsini icra edən Sariq Minasyan artıq rəsmi kampaniya başlamadan seçkiqabağı təşviqata başlayıb.

Yenicag.az “Joğovurd” qəzetinə istinadla xəbər verir ki, Minasyanın rəsmi “Facebook” səhifəsi artıq özünüreklam xarakterli paylaşımlarla doludur.

Nəşr qeyd edir ki, VM-in yeni namizədi bir tərəfdən vətəndaşlara hədiyyələr paylayır, digər tərəfdən sakinlər, gənclər və müxtəlif sahələrin nümayəndələri ilə görüşlər keçirərək hər gün öz fəaliyyətini reklam edir:

“Beləliklə, mart ayında baş tutacaq seçkilərin bərabər olmayan şərtlər altında keçiriləcəyi artıq açıq şəkildə görünür. VM-in namizədi seçkilərə aylar qalmış kampaniyaya başlayıb və ictimaiyyətə öz işlərini nümayiş etdirir, digər namizədlər isə belə bir imkandan məhrumdur”.

Qəzet sözügedən faktla bağlı Ermənistanın Seçki Məcəlləsindəki qanuna istinad edərək əlavə edib:

“Belə ki, məcəlləyə əsasən, seçkiqabağı təşviqat dövrü, seçkilərdə iştirak edən partiyalara və namizədlərə bərabər imkanların təmin olunması məqsədilə ictimai resurslardan istifadə, təşviqatın həyata keçirilməsi və maliyyə şəffaflığının təmin olunması üçün müəyyən edilmiş qaydaların tətbiq edildiyi müddətdir. Bu dövr namizədlərin qeydə alınması üçün təyin olunmuş son günün növbəti 7-ci günündən başlayır və səsvermə günündən bir gün əvvəl başa çatır”.

KİV hazırkı vəziyyətdə bərabərlik və müddət tələblərinin pozulduğunu bildirərək Ermənistan Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət ünvanlandığını da vurğulayıb.

Rafi Müslümov

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 22 Yanvar 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri