Icma.az
close
up
RU
Paşinyanın Bakı planı üzə çıxdı: İrəvanda gizli görüşlər

Paşinyanın Bakı planı üzə çıxdı: İrəvanda gizli görüşlər

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistanla sülh müqaviləsi üzrə mətnin tam razılaşdırıldığını elan etdikdən sonra bir sıra dövlətlər bu addımı alqışlayan bəyanatlar verdilər. Hətta Ermənistanın bu məsələni yüksək qiymətləndirdiyini bildirdilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fakt” qəzetinin məqaləsində qeyd olunur.

Nəşr yazır ki, Ermənistan hakimiyyəti ictimaiyyətə müqavilənin qarşılıqlı güzəştlər əsasında razılaşdırıldığına inandırmağa çalışır. Lakin reallıq belə deyil, İrəvan bitərəfli güzəştlərə gedib və Bakının tələblərini qəbul edib. Bu səbəbdən Azərbaycanın hər hansı güzəştə getdiyinə dair fikirlərini əsaslandıra bilmirlər.

Erməniləri əsas narahat edən məqam isə beynəlxalq ictimaiyyətin buna müsbət yanaşmasıdır. Ölkə müxalifəti xarici qüvvələrin məsələyə İrəvanın maraqlarına uyğun şəkildə yanaşmasını gözləsə də, bu, belə olmayıb.

Artıq baş nazir Nikol Paşinyanın 2022-ci ildə Praqada Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyan sənəd imzalamasından sonra bu məsələnin təəccüb doğurmadığını deyənlər də var.

Məqalədə qeyd olunur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan beynəlxalq siyasi dairələrin İrəvanın güzəştlərini alqışlaması ictimaiyyəti təkrar sarsıdıb və ümidsizlik yaradıb.

Nəşrin adı açıqlanmayan mənbədən əldə etdiyi məlumata əsasən, Paşinyan Bakı ilə danışıqlar prosesində xarici himayəçilərindən böyük dəstək gözləyib. Lakin sonra vəziyyətin fərqli olduğunu görüb, Bakı ilə razılaşıb. Son olaraq bu məlumatı erməni ictimaiyyətinə açıqlamadan öncə isə müxtəlif dövlətlərin İrəvandakı səfirləri ilə ictimaiyyətə elan edilməyən görüşlər keçirib. Onlar vasitəsi ilə ölkələrinin Xarici İşlər Nazirliklərini İrəvanın Bakı ilə razılaşmasını dəstəkləmələri üçün razı salıb.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Mart 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri