Icma.az
close
up
RU
Paşinyanın Bakıya təklif etdiyi “strateji saziş”də nələr var?

Paşinyanın Bakıya təklif etdiyi “strateji saziş”də nələr var?

Icma.az bildirir, Publika.az portalına istinadən.

Ermənistanın baş naziri Nikol Paşinyanın “strateji saziş” açıqlaması sülh müqaviləsindən sonrakı dövrdə “zəmanət qazanmaq” məqsədi daşıyır. Erməni baş nazir bildirir ki, “Azərbaycan və Ermənistan din yanaşı yaşamaq üçün təkcə sülh müqaviləsi və digər razılaşmalar yox, həm də strateji saziş bağlamalıdır”. Və əlavə edir ki, “bu, strateji saziş “real Ermənistan” konsepsiyasına əsaslanır”.
Bu, sülh müqaviləsinin Ermənistanın maraqlarını – istəklərini tam ifadə etmədiyindən xəbər verir. İrəvanın Bakı ilə münasibətlərin qurulmasında iki strateji hədəfi var.
1. Kommunikasiyanın “suveren prinsiplərə” uyğun açılması – Zəngəzur dəhlizinin verilməməsi;
2. Sərhədi SSRİ dağılanda mövcud olan xətlərə - hazırki Ermənistanın sərhədləri çərçivəsində müəyyənləşdirmək;
Ermənistan sülh sazişində hər iki hədəfə nail olmaq cəhdləri baş tutmadı, hər iki məsələ sazişin imzalanmasından sonrakı dövrə saxlanılıb. Birinci məsələdə - kommunikasiyanın açılmasında “ortaq məxrəcə” gəlmək mümkünsüz deyil, misal üçün, Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin etməklə müəyyən nəticə əldə edilə bilər, istisna deyil ki, İrəvanın Bakıya göndərdiyi təkliflər arasında bu da möcuddur. İkinci məsələ Ermənistan üçün “mövcudluq” prinsipi daşıyır: Qərbi Azərbaycan məsələsi Bakının gündəliyinə daxildir və sərhəd müəyyən edilmədiyi müddətdə ermənilərin Paşinyanın dediyi kimi, “kadastrı” olmayacaq;
Nikol indiyə qədər qoşunların “güzgü prinsipi” üzrə geri çəkilməsinə, sərhəddə “nəzarət mexanizmi” yaradılmasına, “qarşılıqlı hücum etməmək paktının” imzalanmasına nail ola bilməyib. Və görünür, bu məsələlər müzakirə edilən sülh müqaviləsində İrəvanın istədiyi formada əksini tapmır. Ermənistan təklif etdiyi “strateji saziş”də bu məsələlərin yer almasını – mövcud sərhədlərinin saxlanılmasını istəyir. Hərçənd, texniki olaraq iki dövlət arasında hansısa strateji sazişin imzalanması üçün öncə sülh sazişi imzalanması, münasibətlər normallaşmalıdır.
Paşinyan bu məsələni Kazanda Əliyevlə müzakirə etdiyini deyir. Mümkündür ki, Əliyev öncə sülh sazişinin imzalanması – təbii ki, Bakının gündəliyinə uyğun - daha sonra bunun müzakirə edilməsi cavabını verib. Görünür, Nikol erməni ictimaiyyətinə sülh sazişi ilə bağlı atılacaq addımların və niyə bu addımları atacaqlarının anonsunu verir. Çünki tərəflərin dekabrda sülh müüqaviləsi mətninin müzakirəsinə qayıdacağı gözləntisi var. Paşinyanın danışıqlar öncəsi “real Ermənistan” konsepsiyasını yenidən önə sürməsi də buna hesablanıb. Bu konsepsiya özündə qonşu ölkələrə qarşı ərazi iddialarından və bunun əks olunduğu normativ-hüquqi aktlarından imtina edilməsini ehtiva edir.
Baş verənlər fonunda Bakı və İrəvan arasında münasibətlərin normallaşması motivi üzrə gedən danışıqların dərinliyində Ermənistanın gələcək mövcudluğu, yaxud hansı sərhədlər çərçivəsində mövcudluğu yatır.
Asif Nərimanlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://publika.az
archiveBu xəbər 14 Noyabr 2024 23:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see223

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see212

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see210

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see206

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see199

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see192

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see192

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see191

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see185

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see184

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see184

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see181

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see180

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see179

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see178

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see177

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see171

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri