Icma.az
close
up
RU
Paşinyanın dediyi sülh müqaviləsindən sonra mümkün ola bilər

Paşinyanın dediyi sülh müqaviləsindən sonra mümkün ola bilər

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyanın sərhəddə “etimad mühiti”nin formalaşdığı barədə açıqlaması müzakirələrə səbəb olub.

O bildirib ki, demarkasiyadan sonra sərhədçilər əvvəlcə səngərlərdən çıxıb bir-birlərini açıq görə biliblər, daha sonra dəbilqə və zirehli jiletlər çıxarılıb, üçüncü mərhələdə isə avtomatlarda patron saxlanmaması barədə razılıq əldə olunub.

Ekspertlər deyir ki, Paşinyanın açıqlaması tam hərbi reallığa uyğun gəlmir. Bu təsvir daha çox simvolik xarakter daşıyır. Çünki normal sərhəd xidmətlərində qoruyucu vasitələrin çıxarılması və silahların boş saxlanılması standartlara uyğun deyil. Hər ölkənin sərhədçiləri təhlükəsizlik üçün müəyyən protokollara əməl etməlidirlər və bu protokollar hər zaman qüvvədə qalır.

Amma Paşinyanın dediyi tamamilə mümkünsüz də deyil. Demarkasiyadan sonra bəzi yerlərdə gərginlik azalıbsa, mövqelər bir-birindən aralanıbsa və tərəflər arasında gündəlik əlaqə qurulubsa, lokal səviyyədə etimad jestləri ola bilər. Məsələn, səngərdən çıxmaq və sərhəd xəttini açıq şəkildə görmək müəyyən şəraitdə real addımdır. Hətta silahın döyüş vəziyyətinə gətirilməməsi barədə razılaşmalar da mümkündür, amma bu silahın tam boş olması demək deyil, burada söhbət lülədə patronun olmamasından gedə bilər.

Modern.az-a açıqlamasında hərbi ekspert Cəlil Xəlilov bildirib ki, sülhə imza atılırsa, təbii ki, qonşu dövlətlərlə sərhədin qorunmasında yüngül silahlardan da istifadə edəcəyik:

"Görüşlərdə də rahat silahlardan istifadə olunacaq ki, təhlükə törətməsin, qorxu yaratmasın. Amma sərhədçi silahlı olmalıdır. O, hər hansı vəhşi heyvanlarla, təhlükəli məqamlarla üzləşə bilər. Təbii ki, məsələlərdə qonşu dövlətlərlə məsələlər də nəzərə alınmalıdır".

C.Xəlilov vurğulayıb ki, Paşinyan çıxışlarında cəmiyyəti sülhə hazırladığını göstərir:

"Bu gün Ermənistan cəmiyyətini sülhə hazırlamalıdırlar. Onlar müharibələrdən, konfliktlərdən yorulublar. Təbii ki, Paşinyan buna çalışır. Amma bu gün Ermənistan daxilində elə qüvvələr var ki, müharibələri, konfiliktləri davam etdirmək istəyir. Cəmiyyətə yalan, böhtan xarakterli məlumatlar yayırlar. Məhz bu da onları sülhə yox, terrorizmə, separatizmə, konfliktlərə sürükləyir. Bu məsələlərin başında katolikoslar kimii insanlar dayanır və onlar sülhə yox, başqa istiqamətlərə çağrırılar. Ermənistan Baş naziri erməniləri sülhə hazılramaqda maraqlıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Dekabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri