Icma.az
close
up
RU
Paşinyanın “dost“, “düşmən“, “qələbə“ və “məğlubiyyət“ mesajı nəyi hədəfləyir?

Paşinyanın “dost“, “düşmən“, “qələbə“ və “məğlubiyyət“ mesajı nəyi hədəfləyir?

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin son iclasında səsləndirdiyi fikirlər ölkə daxilində və ekspert dairələrində geniş müzakirələrə səbəb olub.

Baş nazir çıxışında cəmiyyətin dəyişən reallıqlara uyğunlaşmasının vacibliyini önə çəkərək, "dost", "düşmən", "qələbə" və "məğlubiyyət" kimi anlayışlarla formalaşmış düşüncə tərzinin yenidən nəzərdən keçirilməsinin zəruriliyindən danışıb. 

Bu yanaşma bir tərəfdən Ermənistanın gələcək inkişaf modeli ilə bağlı mesaj kimi dəyərləndirilir, digər tərəfdən isə ölkənin üzləşdiyi siyasi və təhlükəsizlik problemləri fonunda ictimai rəyin yönləndirilməsinə hesablanmış kommunikasiya strategiyası kimi şərh olunur.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Tural İsmayılovun fikrincə, Nikol Paşinyanın “dost”, “düşmən”, “qələbə” və “məğlubiyyət” kimi anlayışlardan uzaqlaşmaq çağırışını yalnız ritorik gediş kimi qiymətləndirmək düzgün olmaz.

Politoloq qeyd edib ki, bunun arxasında Ermənistan cəmiyyətini müharibə məntiqindən sülh məntiqinə keçirməyə hesablanmış siyasi xətt görünür:

 "Paşinyan “Real Ermənistan” konsepsiyası çərçivəsində dövlət maraqlarını keçmiş münaqişənin emosional yükündən ayırmağa çalışır. 2025-ci ilin avqustunda da o, diplomatik proseslərin “qələbə və ya məğlubiyyət” prizmasından qiymətləndirilməsini yanlış yanaşma adlandırmışdı.

Bu yanaşmanın əsas hədəfi Ermənistanın siyasi düşüncə modelini dəyişməkdir. Çünki uzun illər milli təhlükəsizlik diskursu “düşmən” obrazı, tarixi ədavət və itirilmiş ərazilərin bərpası ideyası üzərində qurulub. Bu çərçivə dəyişmədən Azərbaycan və Türkiyə ilə davamlı sülh münasibətlərinin ictimai legitimliyini təmin etmək çətindir. Paşinyan dövlətin uğurunu başqa ölkə üzərində qələbə ilə deyil, suverenliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin olunması ilə ölçməyi təklif edir.

Region baxımından bu xətt Ermənistan-Azərbaycan münasibətlərində ritorik eskalasiyanın azalmasına, delimitasiyanın irəliləməsinə, kommunikasiyaların açılmasına və iqtisadi əlaqələrin genişlənməsinə şərait yarada bilər. Ermənistanın Qərblə yaxınlaşması və Rusiyadan daha müstəqil siyasət yürütməsi də Cənubi Qafqazda yeni balans yaradır.

Amma bu modelin taleyini sözlər deyil, nəticələr müəyyən edəcək. Ermənistan cəmiyyəti sülhün real iqtisadi dividendlərini və təhlükəsizlik imkanlarını gördükcə bu düşüncə möhkəmlənə bilər. Əks halda sosial problemlər və təhlükəsizlik narahatlığı müxalifətin ritorikasını gücləndirə bilər. Ona görə Paşinyanın çağırışı həm siyasi düşüncənin dəyişdirilməsi cəhdi, həm də daxili gündəmə nəzarət mexanizmidir. Onun uzunmüddətli uğuru sülhün Ermənistan və region üçün real faydaya çevrilməsindən asılı olacaq".

Pərvin Şakirqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Avqust 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri