Icma.az
close
up
RU
Paşinyanın əsas rəqibi artıq Kilsədir Deputat

Paşinyanın əsas rəqibi artıq Kilsədir Deputat

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Baş nazir Ermənistanda köhnə klanı tam məğlub edib

Ermənistanda Rusiyanın dayaqları tamam çökmək üzrədir

Ermənistanın Baş naziri Nikol Paşinyanla erməni apostol Kilsəsi arasında münaqişə siyasi-ideoloji xarakter alıb. Qarşıdurma erməni cəmiyyətində parçalanmalara yol açıb. Hökumət dünyəvi, islahatçı və qərbyönümlü dəyərləri təbliğ edir, Kilsə isə ənənəvi olaraq mühafizəkar və milli kimlik mövqeyi tutur. Paşinyanla erməni kilsəsi arasındakı qarşıdurma sadəcə şəxsi mübahisə deyil, modernləşmə ilə ənənə, dünyəvi dövlət və dini-milli kimlik arasındakı mübarizənin əksidir. Hökumət iddia edir ki, Kilsə ayrı-ayrı keşişlər vasitəsilə etirazlara və seçki proseslərinə təsir göstərib ki, bu da siyasətə müdaxilə kimi qəbul edilir. İttihamlara konstitusiya quruluşunun dəyişdirilməsinə çağırışlar, seçkilərə müdaxilə və iclaslarda iştirak etməyə məcbur etmə daxildir. Bu səbəbdən yepiskop Mkrtıç Proşyan, 10-12 nəfər kilsə xadimi, II Qareginin qardaşı Gevorq Nersisyan, onun oğlu Ambarsum Nersisyan da həbs edilənlər arasındadır. Onların hər biri mitinqlərə məcburi insan cəlb etmək, seçki prosesinə müdaxilə etmək, hökumət əleyhinə aksiyalarda iştirak etmək ittihamları ilə üzləşiblər. Qarşıdurmanın II Qareginin postunu təhvil verənə qədər davam edəcəyi gözlənilir.

Millət vəkili, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Sherg.az-a deyib ki, Ermənistan cəmiyyətində sülhə münasibətdə fərqlər var. Amma açıq-aydın görünür ki, Baş nazir Nikol Paşinyan siyasi rəqibləri üzərində tam qələbə qazanıb. Deputatın sözlərinə görə, Paşinyanın siyasi rəqibləri əsasən köhnəliyi təmsil edirlər. Rusiyaya bağlı qrupların dəstəyi isə çox azdır, yox səviyyəsindədir:

"Ermənistandakı partiyaların əksəriyyəti Rusiyanın himayəsini qəbul etmək, Kremlin təsirində qalmaq istədiklərini vurğulayırlar. Bütün hallarda Paşinyanın sosial dəstəyi rəqiblərindən çoxdur. Paşinyan Ermənistanda Koçaryan-Sarkisyan klanına alternativ kimi ortaya çıxmışdı. Ermənistanda Rusiyanın vassallığını qəbul etmiş, korrupsiya və rüşvətə söykənən hakimiyyət var idi. Erməni xalqı rəzil gündə yaşayırdı. Paşinyan məhz belə zamanda ortaya çıxdı, köhnəliyə qarşı mübarizə apardı və xalqın etimadını qazandı. Ötən müddət ərzində də görünən odur ki, Paşinyan sələflərindən daha şəffaf idarəetmə həyata keçirib. Eyni zamanda baş nazirin arxasında Qərbin dayandığını da unutmamaq lazımdır. Paşinyanın hər addımı məhz Qərbin dəstəyi ilə təbliğat vasitəsi kimi geniş işıqlandırılırdı. Demək olar ki, baş nazir əsas siyasi rəqiblərini neytrallaşdırıb. İndiki məqamda Paşinyanın əsas rəqibi Kilsədir. Ermənistanda Kilsə uzun müddət uydurma tarixin, qondarma "soyqırım"ın, diasporanın, milli kimliyin əsas sütunu kimi mövcud olub. Daim hökumətə təsir göstərib, müdaxilə edib. Yəni dini roldan daha artıq missiyaları həyata keçirib. İndi "yeni Ermənistan" şüarı ilə çıxış edən Paşinyanla köhnəni təmsil edən Kilsə arasında mübarizə gedir. Kilsə sekulyar dövlətin yaradılmasının əleyhinədir".

Parlament üzvü vurğulayıb ki, Paşinyandan öncəki heç bir hakimiyyət Kilsənin qarşısında durmayıb:

"Baş nazir isə yenilik tərəfdarıdır və Qərbyönlü bir dövlət qurmaq istəyir. Ona görə də iki güc arasında qarşıdurma, gərginlik qaçılmaz idi. İndi məsələ daha da tündləşib, açıq mübarizə başlayıb. Seçkiöncəsi Paşinyana yeni narrativlər, yeni düşüncə lazımdır. Bu da Kilsə ilə mübarizə və keşişlərin dövlətçiliyə, xalqa vurduğu zərbələri ermənilərə anlatmaq, ifşa etməkdir. Kilsə də çalışır ki, köhnə və konservativ düşüncəli insanları Paşinyanın ətrafından uzaqlaşdırsın".

E.Musayev sülh prosesi və hazırkı vəziyyət barədə də danışıb:

"Azərbaycan və Ermənistan liderləri arasında Vaşinqtonda keçirilən görüşdən, əldə olunan razılaşmadan sonra vəziyyət 180 dərəcə dəyişdi. Artıq sülh sazişinin yekun mətninin imzalanması məsələsi gündəmdədir. Münasibətlər xeyli dərəcədə qaydasına düşüb. Bəzi atmacaları nəzərə almasaq, tərəflər arasındakı gərgin ritorika azalıb. Müxtəlif istiqamətdə, o cümlədən vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq gündəmdədir. Bir müddət əvvəl Azərbaycan nümayəndələri Ermənistana səfər etdilər. İkinci mərhələdə Ermənistan nümayəndələri Azərbaycana gələcəklər. Bu, ümumi münasibətlərin yaxşılaşmasına xidmət göstərən addımlardır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Noyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri