Paşinyanın həyat yoldaşından təzə xəbər var
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çoxdandır mediada görünməyən Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyandan xəbər var.
Modern.az xəbər verir ki, “Hraparak” qəzeti məlumatına görə, Anna Akopyan ailə zorakılığına qarşı apardığı kampaniyaya ali təhsil müəssisələrini də cəlb edib.
Nəşrin yazdığına görə, bir sıra ali təhsil müəssisələrində Anna Akopyanın təşəbbüsü ilə irəli sürülən qanunvericilik dəyişikliklərinə dəstək məqsədilə imzatoplama kampaniyası təşkil olunub. Universitetlərdə vətəndaşların ailə zorakılığına qarşı sərt qanunvericilik tədbirlərinin tətbiqini zəruri hesab edib-etmədiklərini soruşan iri bannerlər də yerləşdirilib.
Qəzetin məlumatına görə, İrəvan Dövlət İqtisad Universitetinin rəhbərliyi artıq tələbələrə müraciət edərək onları imzatoplama kampaniyasına qoşulmağa çağırıb. Eyni təşəbbüs Amerika Universitetində də həyata keçirilir.
Anna Akopyan ailə zorakılığına qarşı ictimai kampaniyaya iyulun 2-də başlayıb.
Akopyanın açıqladığı məlumatlara əsasən, 2025-ci ildə ailə və məişət zorakılığı qurbanlarına dəstək mərkəzlərinə 1 444 qadın müraciət edib. Onlardan 79-u sığınacaqla təmin olunmaq istəyib.
Həmin dövrdə ailə zorakılığı ilə bağlı 1 768 cinayət işi başlanıb. Məhkəməyə göndərilən işlərin materiallarına əsasən, təqsirləndirilən 388 nəfərdən 261-i zərərçəkmiş qadının həyat yoldaşı, 34-ü partnyoru, digərləri isə ailə üzvləri olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 14 Oktyabr 2026 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















