Paşinyanın həyat yoldaşını müşayiət edən avtomobil qəza törədib
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı müşayiət edən patrul avtomobili qəza törədib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, qəza zamanı xəsarət alan olmayıb, yalnız avtomobillərə ziyan dəyib.
Məlumat ilk olaraq sosial şəbəkələrdə yayılıb. Qafan ərazisində baş verən qəza barədə polis əməkdaşlarının məlumat yaymaması sakinlər tərəfindən tənqidlə qarşılanıb. Hadisə şahidlərinin sözlərinə görə, Anna Akopyanın avtomobilini müşayiət edən patrul avtomobili qəza törədib, lakin Anna Akopyan hadisə ilə maraqlanmadan ötüb keçib.
Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bu xəbərin işıqlandırılmamasını isə belə əsaslandırıb:
“Ziyan yalnız maddi idi, spekulyasiyadan çəkinməyə çağırırıq. Yalnız maddi ziyan olan qəzalar barədə DİN məlumat paylaşmır”.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 11 Aprel 2025 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















